Bu əlamətlərə diqqət! Gecə qıcolmalar və keçməyən qəbizlik varsa...

Mütəxəssislər bildirirlər ki, gecə saatlarında yaranan əzələ qıcolmaları və uzunmüddətli qəbizlik bədəndə maqnezium çatışmazlığının əlaməti ola bilər. Maqnezium tənəffüs sistemi, əzələ-skelet sistemi, ürək-damar sağlamlığı, sinir sistemi və yuxu rejiminin tənzimlənməsində mühüm rol oynayan mineraldır.

Sherg.az maqnezium çatışmazlığının mümkün əlamətlərini təqdim edir:

gecələr xüsusilə ayaqlarda yaranan ağrılı əzələ qıcolmaları və seğirmələr;

davamlı yorğunluq, halsızlıq və əzələ zəifliyi;

ürəkdöyünmə və ritm pozuntusu hissi;

əl və ayaqlarda keyimə, iynələnmə;

stress, əsəbilik və depressiv ruh hali;

yuxuya getməkdə çətinlik, tez-tez oyanma və narahat yuxu;

iştahsızlıq, ürəkbulanma, qarın ağrısı və qəbizlik.

Qeyd olunur ki, bu əlamətlər dəqiq diaqnoz üçün kifayət deyil. Mütəxəssislər belə hallarda mütləq həkimə müraciət etməyi və lazım gələrsə qan analizi verməyi tövsiyə edirlər. Özbaşına müalicə sağlamlıq üçün risk yarada bilər.