Bu pendir yaddaşı gücləndirir
Yusif Nəzərli
01:49 17.01.2025
Sağlamlıq
462
Yeni tədqiqat kamamber pendirinin sağlamlıq üçün unikal xüsusiyyətlərini aşkar edib.
“Neuroscience Research” jurnalında dərc olunan bir məqalədə tədqiqatçılar aşkar edib ki, pendirin fermentasiya prosesi zamanı yaranan yağ turşularının amidləri, siçanlarda yaddaş və öyrənmə proseslərini yaxşılaşdırmağa kömək edib. Siçanlar nəzarət şəraitdə saxlanılıb, standart pəhrizlə qidalanıb və 2 qrupa ayrılıb: bir qrup yalnız yüksək yağlı pəhriz, digər qrup isə yüksək yağlı pəhriz və yağ turşusu amidləri qəbul edib. Məlum olub ki, yüksək yağlı pəhriz ilə qidalanan siçanlar kognitiv funksiyaları azalıb. Lakin, onlara 15 qram pendir verildikdə, onların dərketmə qabiliyyətləri yaxşılaşıb. Daha sonra siçanların əqli bacarıqlarını qiymətləndirmək üçün obyekt tanıma və obyektin yerini müəyyənləşdirmə testləri keçirilib. Bu testlər, siçanların obyektləri və onların yerlərini yadda saxlamaq qabiliyyətini ölçüb.
Nəticələr göstərib ki, pendirdə olan miristamid adlı bir birləşmə, beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırmağa kömək edə bilər, çünki o, beyin neyrotrofik faktoru adlı zülalın səviyyəsini artırır. Alimlərin fikrincə, kamamberin beyin sağlamlığını yaxşılaşdırmaq məqsədilə gündəlik pəhrizə daxil edilə bilər. Saglamolun.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət