ABŞ-li tədqiqatçılar, zona peyvəndinin yalnız virus infeksiyasına qarşı qoruma təmin etmədiyini, həm də yaşlılarda bioloji yaşlanmanı ləngidə biləcəyini açıqlayıblar.
Sherg.az xəbər verir ki, təxminən 4 min yaşlı insan üzərində aparılan araşdırmada, peyvənd olunanların iltihab səviyyəsi daha aşağı, epigenetik və transkriptomik yaşlanma isə daha yavaş müşahidə olunub.
Alimlər bildirirlər ki, zona peyvəndi iltihabı azaldaraq sağlam yaşlanmanı dəstəkləyir və bu, yaşa bağlı degenerativ xəstəlik riskini azaltmaq üçün perspektivli yanaşmadır.