
Bu toyuqlardan uzaq durun -Eksper tövsiyəsi
Yusif Nəzərli
13:26 27.03.2025
Sağlamlıq
614
Hazırda qida rasionumuzda toyuq əti xüsusi yer tutur. Lakin broyler toyuqlarının necə yetişdirilməsi, tərkibində hormonal preparatlar və antibiotiklərin olması və bütün bunların insan orqanizminə, xüsusilə uşaqlara zərəri barədə dəfələrlə xəbərdarlıq xarakterli materiallar yazılıb. Maraqlıdır, bu toyuqlar hansı fəsadları yaradır?
Mövzu ilə bağlı danışan qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, sağlam qidalanma hər birimizin həyat tərzinə çevrilməlidir:

“Bunun üçün bütün qida komponentlərini özündə birləşdirən qidalar seçməli, düzgün şəkildə bişirməli, normasında qəbul etməliyik. Bu cür zəngin qidalardan biri də toyuq ətidir. Protein, dəmir, kalsium, fosfor, B vitamini ilə zəngin olan toyuq ətini rasionunuza daxil edə bilərsiniz. Təbii ki, burda kiçik bir nüans var. Qida tələbatının artması daha çox qida məhsulunun istehsal olunması üçün səbəb yaradır. Toyuq əti istehsalı ilə məşğul olan sahibkarlar işi sürətləndirmək üçün buğda, qarğıdalı, soya kimi yem məhsullarına vitaminlər, mineral əlavələr, bəzi amin turşuları əlavə edirlər. Bu da toyuqların daha çox qidalanması, tez böyüməsi və daha çox toyuq əti əldə etməklə nəticələnir. Bu cür qidalarla böyüdülən toyuqların əti uzun müddətdə və davamlı şəkildə istehlak olunursa insan sağlamlığına da öz mənfi təsirini göstərir. Məsələn, piylənmə, ürək-damar xəstəlikləri, diabet, hormonal dəyişikliklər, xərçəng və s. kimi risklər yaradır".
Ekspert qeyd edib ki, sağlığımız üçün alış-veriş zamanı bir neçə məqama diqqət etmək lazımdır:
"İlk növbədə toyuq əti seçərkən rəngi çox ağ görünən qablaşdırılmış toyuqlardan uzaq durmalıyıq. Çünki normaldan daha ağ görünən toyuq əti iyi gəlməməsi üçün adətən duz və ya ağardıcı ilə yuyularaq satılır. Həmçinin bilməliyik ki, satışda olan müxtəlif souslarla və ədviyyatlarla birlikdə satılan toyuqlar xarab olmaq üzrədir və bol ədviyyatlara bürünərək rəflərdə öz yerlərini tuturlar. Bütün bunları nəzərə alsaq, qiyməti bir az baha olsa da, orqanik toyuq almaq sağlamlığımız üçün daha sərfəli görünür. Ancaq orqanik toyuq və yumurta adı altında satılan bütün məhsullara etibar etməməlisiniz. Etibar etdiyiniz insanlardan və ya etibarlı markalardan əldə etdiyiniz orqanik həyət toyuqlarını istehlak etməyiniz ən yaxşısıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya