Burun tutulması və ya axıntı zamanı burnu tez-tez və güclü şəkildə sümkürmək düzgün üsul sayılmır. Burunda yaranan selik əsasən infeksiyaları və allergenləri təmizləmək üçün ifraz olunur, lakin uzun müddət burunda qalarsa tıxanıqlıq, nəfəs darlığı, öskürək və boğaz narahatlığına səbəb ola bilər.
Sherg.az xəbər verir ki, mütəxəssislər bildirir ki, həddindən artıq güclü sümkürmə sinuslara təzyiq yaradır, bəzi hallarda isə bakteriyaların sinus boşluqlarına keçməsinə və yeni infeksiyaların yaranmasına səbəb olur. Araşdırmalara görə, burun təmizləyərkən yaranan təzyiq asqırma və öskürmədən daha yüksək ola bilər.
Burun seliyini azaltmaq üçün dekonqestant və antihistamin preparatlarından, həmçinin dəniz duzu tərkibli burun spreylərindən istifadə edilə bilər. Ən təhlükəsiz üsul isə hər dəfə yalnız bir burun dəliyini yumşaq şəkildə təmizləməkdir. Əgər problem davamlı xarakter daşıyırsa, həkimə müraciət etmək tövsiyə olunur.