Burun əməliyyatının bilmədiyiniz FƏSADLARI...
07:19 26.01.2021
Sağlamlıq
3334
Dəri yağlanması və sızanaqlar artır
"Burun əməliyyatından sonra dərinin yağlanması tez-tez görülən postoperativ dəri problemləri içərisində baxılır. Paralel şəkildə belə xəstələrdə yağlı saç problemi və sızanaq xəstəliyi də olur. Lakin bir qrup normal və quru dəri sahibi olan insanlarda rinoplastikadan sonra dəri yağlanması müşahidə edilir. Yağlı dəri tipinə malik olanlarda isə burunun estetik əməliyyatından sonra dərinin yağlanması daha da artır. Bəzən dərinin hiperseborreya halı o qədər şiddətlənir ki, dəridəki sebose vəzlərinin ifrazatının artmasına bağlı burunda qalın parlaq yağ təbəqəsi yaranır. Bu vəziyyət burun estetik əməliyyatı keçirənlərdə ciddi psixoloji diskomfort yaradır".
Bu sözləri dermatoloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında deyib. O əlavə edib ki, rinoplastika əməliyyatından sonra burunda yağlanma ilə bərabər üzdə akne problemi, yanaqda qızartı, burunətrafı qabıqlanma və s. kimi dəri xəstəlikləri yarana bilər:
"Belə olan halda lor həkimləri pasientləri müalicə və dəri qulluğu üçün dermatoloq həkimə istiqamətləndirir. Dəri həkimi isə xəstənin topikal və sistemik müalicələrini təşkil edir.
Burun əməliyyatından sonra dəri yağlanması bir neçə faktorların təsirindən yaranır. Bunlardan ən önəmlisi rinoplastika zamanı burun dərisinin mexaniki zədələnməsidir. Travmaya uğradılmış burun dərisi və daxilində yerləşən yağ vəzləri zədələnir, sinir lifləri və damarda funksional dəyişikliklər yaranır.
Bu da öz növbəsində burun dərisinin yağ balansını dəyişir və nəticədə burunun dərisinin yağlanması problemi meydana gəlir. Septorinoplastikadan sonra burun yağlanması həm də stres faktorunun təsirindən yaranır. Ümumiyyətlə, stres sonrası dəridə yağlanma və akne xəstəliyi kəskinləşir. Səbəbi isə stres hormonlarının artmasıdır".
Həkim qeyd edib ki, burun əməliyyatı keçirənlərdə cərrahi əməliyyatın stresi və psixoemosional stres fonunda burunda yağlanma və sızanaq müşahidə edilir: "Rinoplastikadan sonra burunun yağlanması həm də buruna tətbiq edilən okkluziv sarğı və gipsə bağlı yaranır.
Belə ki, dəri uzun müddət okkluziv sarğı altında qaldığı üçün yağ vəzlərinin artması müşahidə edilir.
Dermatoloq Mehdi İskəndərli sonda vurğulayır ki, burun əməliyyatı sonrası dərinin yağlanması müalicəsi olan problemdir. Müalicədə əsasən topikal losionlardan və kremlərdən istifadə edilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual