Çəki vermək istəyənlər üçün mühüm xəbərdarlıq: Yemək zamanı bunu etməyin!

Televizora baxaraq və ya mobil telefonla məşğul olaraq yemək yemək arıqlamaq istəyənlər üçün ciddi risk yaradır. ABŞ-də aparılan elmi araşdırma bu vərdişin kalori qəbulunu əhəmiyyətli dərəcədə artırdığını ortaya qoyub.

Sherg.az xəbər verir ki, araşdırma ABŞ-nin Massaçusets ştatında yerləşən Worcester Politeknik Universiteti-nin psixoloqları tərəfindən aparılıb. Tədqiqatda 114 qadın və kişi könüllü iştirak edib. Mütəxəssislər yemək zamanı televiziya izləməyin və ağıllı telefondan istifadə etməyin qəbul edilən qida miqdarına təsirini araşdırıblar.

Araşdırma çərçivəsində iştirakçılara eyni anda bir neçə işi yerinə yetirməklə bağlı eksperimentdə iştirak etdikləri bildirilib. Başqa sözlə, könüllülər tədqiqatın əsas məqsədindən tamamilə xəbərsiz olublar.

Nəticələr olduqca diqqətçəkən olub. Məlum olub ki, yemək zamanı diqqəti televizor və ya telefon yayındıran şəxslər, bu cür amillər olmadıqda yediklərindən xeyli çox qida qəbul ediblər. Diqqətin yalnız yeməyə yönəldildiyi hallarda isə kalori qəbulu əhəmiyyətli dərəcədə azalıb.

Mütəxəssislər bildirirlər ki, yemək zamanı diqqətin bölünməsi toxluq hissinin gec yaranmasına səbəb olur. Bu isə artıq yeməyə və nəticə etibarilə çəki artımına gətirib çıxarır. Onların fikrincə, kilo vermək istəyən şəxslər yemək zamanı televiziya və mobil telefondan uzaq durmalı, qidalanma prosesinə tam diqqət ayırmalıdırlar.

Mənbə: Hürriyet