Lakin empati quraraq, özümüzü onların yerinə qoyaq. Bəzən dərmana, ərzağa ehtiyac yaranır. Həmin lazımlı məhsulları alıb, gətirəcək yaxınları olmur. Yaxud da qoyum-əqrəbaları infeksiyaya yoluxmaqdan çəkindikləri üçün COVİD xəstələrinin evinə gəlmir, yardım etmirlər. Belə məqamda həmin şəxs evdən çıxmağa məcbur qalır.
Cəza ilə iş bitmir ! –Köməksiz qalan Covid xəstələrinə yardım edilsin”
Yusif Sultanoğlu
14:24 11.12.2020
Sağlamlıq
737
“Avropa ölkələrində könüllülər formalaşır. Bir çox hallarda bu işlərlə QHT-lər məşğul olur”
“Belə bir sistem qurulsa, evdən çıxmaqlarına ehtiyac qalmaz”
“Xidmət ola-ola kimsə öz kefi üçün, evdən çıxırsa, onlara qarşı cəza tədbirləri görülməlidir”
Zaman-zaman koronavirus xəstələrinin izolyasiya qaydalarını pozaraq, yaşadıqları mənzili tərk etməsi halları ilə rastlaşırıq. Onlar hüquqi müstəvidə cəzalandırılır, cinayətə cəlb olunurlar. Özləri ilə yanaşı, başqa insanların həyatlarını da riskə atdıqları üçün qınanılır, tənqidlərə məruz qalırlar. Əlbəttə, iradlar haqlıdır.
Lakin empati quraraq, özümüzü onların yerinə qoyaq. Bəzən dərmana, ərzağa ehtiyac yaranır. Həmin lazımlı məhsulları alıb, gətirəcək yaxınları olmur. Yaxud da qoyum-əqrəbaları infeksiyaya yoluxmaqdan çəkindikləri üçün COVİD xəstələrinin evinə gəlmir, yardım etmirlər. Belə məqamda həmin şəxs evdən çıxmağa məcbur qalır.
Bəs, onların tələbatlarının ödənilməsi üçün bir qurumun yaradılması yaxşı olmazmı?
“Sherg.az”ın sualını cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dünyada COVİD -19 xəstələrinin evdə qalması üçün görülən tədbirlərə dair təcrübə var. Yəni onlara ya Qeyri - Hökümət Təşkilatları, ya da dövlət tərəfindən xidmətlər göstərilir:
“Məsələn Avropa ölkələrində könüllülər formalaşır. Bir çox hallarda bu işlərlə QHT-lər məşğul olur. Koronavirus xəstələrinin siyahısını yerli idarə etmə orqanları ilə birgə dəqiqləşdirirlər.
Onların ehtiyaclarını ödəmək üçün dövlət də QHT-lərə yardım göstərir. Könüllü gənclər də xəstlərə xidmət işi ilə məşğul olurlar. Azərbaycanda da belə mexanizmin yaradılmasına ehtiyac var.
Əsas odur ki, COVİD xəstələri mənzili tərk etməsinlər.
Ehtiyac yarandıqda həmin könüllü dəstələrlə əlaqə saxlasınlar. Onlar da dövlət tərəfindən ayrılan maliyyə hesabına müəyyən tələbatlarını ödəyə bilər.
Belə bir sistem qurulsa, evdən çıxmaqlarına ehtiyac qalmaz. Əgər xidmət ola-ola kimsə öz kefi üçün, evdən çıxırsa, onlara qarşı cəza tədbirləri görülməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm
Əfqan Sadıqovun məhkəməsi başlayıb
14:26 23.10.2026
Cəmiyyət
Hindistan və Azərbaycan bu barədə razılığa gəldi
14:17 23.10.2026
Gündəm
Rusiya dizel yanacağının ABŞ-a tədarükü başlayıb
14:01 23.10.2026
Dünya
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
13:56 23.10.2026
Gündəm
Hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir
13:44 23.10.2026
Hərbi
Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”
13:32 23.10.2026
Futbol