Cinsi performansı artıran qidalar
Yusif Nəzərli
05:08 25.08.2025
Sağlamlıq
429
Cinsi performansın azalmasının səbəbləri fərqli ola bilər. Fiziki sağlamlıq problemləri, xüsusilə hormonal balanssızlıqlar və testosteron səviyyələrindəki düşüşlər libido çatışmazlığına və performansın azalmasına səbəb ola bilər. Bundan əlavə, psixoloji amillər cinsi həyata əhəmiyyətli dərəcədə təsir göstərər. Stress, narahatlıq, depressiya kimi vəziyyətlər insanın cinsi istəyinə və performansına mənfi təsir edər.
Medicina.az xəbər verir ki, həyat tərzi vərdişləri də cinsi sağlamlıqda həlledici rol oynayır. Siqaret çəkmək, həddindən çox spirt içmək və nizamsız yuxu rejimi cinsi performansı azalda bilər. Bundan əlavə, balanssız qidalanma və qeyri-kafi fiziki fəaliyyət cinsi sağlamlığa mənfi təsir göstərən amillərdəndir.
Pəhrizdə edilən dəyişikliklər cinsi sağlamlığa müsbət təsir göstərər. Xüsusilə bəzi qidalar tərkibində olan vitaminlər, minerallar və digər komponentlər sayəsində cinsi performansı artıra və ümumi sağlamlığı dəstəkləyə bilər.
- Dəniz məhsulları bu baxımdan ön plana çıxan qidadır. Karides, istiridyə və qızılbalıq kimi dəniz məhsulları sink və omeqa-3 yağ turşuları ilə zəngindir. Sink təkcə testosteronu artırmır, həm də omeqa-3 yağ turşuları ilə qan dövranını yaxşılaşdırır.
- Kakao və tünd şokolad da cinsi sağlamlığı dəstəkləyən qidalar arasındadır. Tərkibindəki flavonoidlər və feniletilamin əhval-ruhiyyəni yaxşılaşdıra və endorfinlərin salınmasını stimullaşdıra bilər. Bundan əlavə, tünd şokoladın damar genişləndirici təsiri cinsi oyanışı artıra bilər.
- Meyvə və tərəvəzlər də cinsi sağlamlıq üçün vacibdir. Qaragilə, çiyələk və nar kimi antioksidantla zəngin meyvələr qan dövranını yaxşılaşdırmağa kömək edə bilər.
- Avokado kimi sağlam yağları ehtiva edən qidalar hormon balansını dəstəkləyə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət