Çörəkotu yağının bilmədiyiniz FAYDALARI – Min bir dərdin dərmanı !
09:28 06.01.2021
Sağlamlıq
34460
Min bir dərdə dəva olan çörək otu və ya qara zirə yağının faydalarını saymaqla bitmir. Sədəf, sızanaq və vitiligo kimi xəstəliklərin müalicəsində istifadə edilən çörək otu yağı immunitet sistemini də gücləndirir. Bəs qara çörək otunun faydaları və zərərləri nədir? Çörəkotu yağı necə istifadə olunmalıdır?
Çörək otu yağı yerli Asiya olan Nigella Sativa bitkisindən əldə edilir. Bitki kiçik, qara, aypara şəkilli toxumlara malikdir. Bir çox sağlamlıq probleminin müalicəsində istifadə edilən çörəkotu yağı yeməklərə də ləzzət qatır.
Çörək otu yağının faydaları
- Min illərdir təbii dərman kimi istifadə olunan qara zirə yağı antioksidan və antiinflamatuar xüsusiyyətlərinə görə iltihabın müalicəsində kömək edir.
- Saç tökülməsini minimuma endirir və saçları uzadır - Arıqlamağa kömək edir.
- Tərkibindəki timokinon komponenti sayəsində ürək xəstəliklərinə səbəb olan homosistein nisbətini azaltdığı müşahidə edilib.
- Qışda soyuqdəymə və qrip kimi xəstəliklərin yaratdığı öskürəyə faydalıdır, bronxları təmizləyir.
- Oynaq ağrıları və revmatizm üçün faydalıdır. -Qəbizliyi aradan qaldırmağa kömək edir və hemoroid üçün müalicəvi təsir göstərir.
- Sinir, stres və depressiya kimi psixoloji narahatlıqlara yaxşı olan çörək otu yağı, yuxusuzluqda da istifadə olunur.
- İmmunitet sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimət göstərir.
- Bədəndəki toksinləri xaric edərək arıqlamağa kömək edir.
- Tərkibindəki komponentlər sayəsində xərçəng hüceyrələrinin inkişafının qarşısını alır.
-Çörək otu yağı zərərlidirmi?
-Ağız yolu ilə az miqdarda qəbul edilən çörək otu yağı zərərli deyil, əksinə bir çox insan üçün faydalı olduğu göstərilib. Lakin uzunmüddətli istifadə üçün təhlükəsiz olub-olmadığı barədə kifayət qədər məlumat yoxdur. Allergik qaşınmaya səbəb ola bilər.
-Bu yağ necə istifadə edilməlidir?
- Səhər yeməyindən əvvəl 1 çay qaşığı çörək otu yağı qəbul edə bilərsiniz. 1 çay qaşığı çörək otu yağımı birbaşa yeməyinizə əlavə edərək və ya içdiyiniz suya yaxud meyvə suyuna qarışdıraraq istehlak edə bilərsiniz.
Aygün Tahirqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual