Çörəyi zeytun yağına batırıb yeyin: Canan Karataydan yeni resept
Yusif Nəzərli
21:48 27.02.2025
Sağlamlıq
5155
Zeytun yağı əsrlər boyu şəfa mənbəyi kimi istehlak edilən ən sağlam yağlardan biridir. İmmunsistemini gücləndirən və ürək sağlamlığını qoruyan bu yağ qidalanma üzrə türkiyəli məşhur mütəxəssis Canan Karatayın tövsiyə etdiyi qidalar arasındadır. Məşhur həkim bu dəfə tərkibində zeytun yağı olan faydalı qarışığın reseptini təqdim edib.
“Sherg.az”“Milliyet.com.tr”yə istinadən xəbər verir ki, C.Karatay bu qarışığı hazırlamaqla zeytun yağının təsirinin 5 dəfə yüksəldiyini deyib. Canan Karatay çörəyi zeytun yağına batıraraq istehlak etməyin sağlamlığa faydalarını açıqlayıb. Lakin zeytun yağını müəyyən ədviyyatlarla qarışdırdıqda onun təsirini 5 dəfə artırmaq olar. Bəs, zeytun yağının faydalarını artıran bu qarışım necə hazırlanmalıdır? Canan Karatayın çox sağlam olduğunu söylədiyi bu qarışığı təsirli edən şeylərdən biri də təbii və müalicəvi maddələrin birləşməsidir. Bu sayədə bədəndəki bir çox sağlamlıq probleminə qarşı tədbir görüb xəstəlik riskini azalda bilərsiniz. Tələb olunan ərzaqlar: zeytun yağı, 2 tutam təzə kəklikotu, 1 acı qırmızı bibər, 1 acı sarı bibər, 4 diş sarımsaq. Qarışığı hazırlamaq üçün ilk növbədə bir şüşə lazımdır. Zeytun yağını əvvəlcədən hazırlayacağınız şüşəyə 1-2 budaq təzə kəklikotu, dilimlənmiş isti qırmızı və sarı bibər və 3-4 diş soyulmuş sarımsağı qoyun. Qapağı möhkəm bağlayın və istifadə etməzdən əvvəl 1-2 gün dayanmasına icazə verin. Qarışığın tərkib hissəsi olan sarımsaq və kəklikotu bədəninizin müqavimətini artıra bilər. Qrip və soyuqdəyməyə qarşı qorunma təmin edir. Saysız-hesabsız faydaları olan zeytun yağı damarları təmizləyərək infarkt riskini azaldır. Əlavə etdiyiniz bibərlər də qan dövranını sürətləndirərək ürək-damar xəstəliklərinin qarşısını ala bilər. Arıqlamaq istəyənlər üçün uyğun olan bu qarışığın tərkibindəki acı bibər bədən istiliyini artıraraq yağ yandırılmasını sürətləndirə bilər. Ac qarına istehlak edildikdə bağırsaqları aktivləşdirir və qəbizliyin qarşısını ala bilir. Bu qarışığı mütəmadi olaraq istehlak etdikdə özünüzü daha enerjili hiss edəcəksiniz və bədəninizin xəstəliklərə qarşı daha davamlı olduğunu görəcəksiniz. Hər gün 1 çay qaşığı içərək və ya Canan Karatayın dediyi kimi çörəyinizi batıraraq istehlak edə bilərsiniz. Son zamanlar artan ürək-damar xəstəliklərinin qarşısını almaq və sağlamlığınızı qorumaq üçün belə təbii üsulları dəyərləndirmək faydalı ola bilər. Təbii ki, qarışıq ilıq halda istehlak edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürd siyasətçi İraqın yeni prezidenti seçilib
19:17 11.04.2026
Dünya
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub
18:50 11.04.2026
Hadisə
17 yaşlı şübhəli üçün 126 ilə qədər həbs istənilir
17:56 11.04.2026
Hadisə
Abşeronda ölüm hadisəsi baş verdi
17:51 11.04.2026
Hadisə
Ağdamda tikintidə ölüm hadisəsi baş verib
17:25 11.04.2026
Hadisə
Tərtərdə kanalda batan 7 yaşlı uşağın meyiti tapılıb - YENİLƏNİB
17:23 11.04.2026
Hadisə
ABŞ-İran danışıqları başladı - YENİLƏNDİ
17:19 11.04.2026
Dünya
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
16:59 11.04.2026
Ekologiya
KİV: İran ABŞ ilə danışıqlara başlamaqdan imtina etdi
16:41 11.04.2026
Dünya
Makron Ərdoğanla telefon danışığı aparıb
16:31 11.04.2026
Siyasət
Zelenski Pasxa atəşkəsinə əməl etməyə hazır olduqlarını bəyan edib
16:18 11.04.2026
Dünya
ABŞ İranın şərtlərini qəbul etmədi
16:10 11.04.2026
Dünya
Ciyələk xəbərdarlığı: Uşaqlara verməyin!
15:58 11.04.2026
Sosial
İran ABŞ-dən tələblərini açıqladı
15:42 11.04.2026
Dünya
Fərəc Fərəcovun poeziyası ətrafında bəzi düşüncələr
15:38 11.04.2026
Ədəbiyyat