"COVİD-19-a yoluxan şəxslər tanıyıram, küçələrdə gəzirlər" - İnfeksionist
Yusif Sultanoğlu
12:51 29.11.2020
Sağlamlıq
1282
Koronavirus infeksiyası gündən-günə daha təhlükəli hal alır. Ölkəmizdə yoluxanların sayı 4000-i keçib. Bu infeksiyanın Azərbaycana ayaq açdığı gündən indiyənə qədər qeydə alınan rekord yoluxma sayıdır.
Lakin bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da insanlar vəziyyətin ciddiliyini, həyatları üçün potensial təhlükəni yaz və yay aylarındakı qədər məsuliyyətlə dərk etmir. Bir çox hallarda ehtiyatsız davranır, mövcud qaydaları pozurlar. Həkimlərın tövsiyələrini dinləmək istəmirlər. Bir sözlə izolyasiya qaydalarına əməl etmirlər.
Mövcud durumla bağlı “Sherg.az”a danışan infeksionist-hepatoloq Nahid Kərimli də bu fikirləri təsdiqləyib. O tibbi maskalardan istifadənin vacibliyindən söz açıb:
“İlk növbədə bizdə maskadan istifadəyə insanlarımızın psixologiyasına görə pis baxırlar. Sırf cərimə xətrinə maskadan istifadə edirlər. Dəfələrlə belə insanlarla qarşılaşıram, bu barədə irad bildirirəm. Lakin yenə də polis görəndə maskanı yuxarı qaldırırlar, sonra çıxardırlar. Yoluxma sayının 4000-i keçməsinin səbəbi elə maskadan istifadə etməməkdir. İkincisi məsələn yaşadığım ərazidə neçə nəfər COVİD-19-a yoluxan şəxs tanıyıram, küçələrdə gəzirlər. Nəzərə almırlar ki, yolda yaşlılar, uşaqlar var. Marketdən alış-veriş edirlər. Düzdür, heç kim onların COVİD xəstəsi olduğunu bilmir. Maskanı ağızlarına taxırlar, burunları açıqda qalır. Məsələ bundan ibarətdir. Ciddiyə alınmaması gətirib, kritik səviyyəyə çıxardır. Hələ yoluxanların sayı daha yuxarı ola bilər. Nə qədər ki, karantin, komendant saatı tətbiq olunur, yenə də gizlicə insanlar yığışır və öz istədikləri kimi hərəkət edirlər. Heç olmasa üstlərinə düşən bir vəzifə var. O da maskadan istifadədir. Ona əməl etsələr heç kimdə yoluxma olmaz”.
N.Kərimli ötən mart, aprel aylarında maskadan istifadəyə görə digər yoluxucu xəstəliklərin də sayının az olduğunu söyləyib:
“Əvvəl məktəbdə, baxçada su çiçəyi, qızılca, qulaq dibi kimi infeksiyalar olurdusa, maskadan istifadə edildi deyə onların yoluxma faktı azaldı. Məsələn qızılca 10 nəfərdən 9-u yoluxdurma gücünə malikdir. Lakin maskadan istifadənin sayəsində sayı 1-2 nəfərə düşdü. Elə kütləvi qızılca, su çiçəyi yoluxması olmadı. COVİD də eynən belədir. Hətta qızılcada 10 nəfərdən 9-u yoluxursa, COVİD-də 10 xəstədən 5-in yoluxma ehtimalı var. Amma maskadan istifadə olunmadığı üçün gəlib, bu həddə çatıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır
19:02 23.10.2026
Sağlamlıq
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm