COVİD-19-un yeni variantları yayıldı: Əlamətləri diaqnozu çətinləşdirir
11:56 02.10.2025
Sağlamlıq
383
COVİD-19-da yeni variantlar gündəmdədir. Nimbus (NB.1.8.1) və Stratus (XFG) adlanan tiplər son həftələrdə dünya üzrə ən çox yayılan variantlar arasında önə çıxıb. Səhiyyə qurumları bu variantların yoluxma sürətinin artdığını açıqlayıb. Bəs, COVİD-19-un yeni variantları Nimbus və Stratus haqqında nə məlumdur? Nimbus və Stratusun əlamətləri hansılardır?
Sherg.az “ntv.com.tr”yə istinadən xəbər verir ki, COVİD-19-da son dövrdə önə çıxan Nimbus (NB.1.8.1) və Stratus (XFG) variantları dünyada ən çox yayılan tiplər arasında yer almağa başlayıb. Səhiyyə orqanları bu variantların yayılma sürətində artıma diqqət çəkərkən, ictimai sağlamlıq baxımından yeni bir təhdid yaratmadığını vurğulayır.
Mütəxəssislərə görə, virusun son dövrdə keçirdiyi genetik dəyişikliklər yoluxma ehtimalını artıra bilər. Ancaq indiyə qədər əldə olunan nəticələr Nimbus və Stratusun əvvəlki variantlarla müqayisədə daha ağır xəstəliklərə səbəb olmadığını göstərir.
Rəsmi qurumlar, cəmiyyətdə yoluxma sayında artım ola biləcəyini, lakin xəstəliyin daha ağır keçirildiyinə dair heç bir məlumatın qeydə alınmadığını bildirir.
COVİD -19 infeksiyası baş ağrısı, öskürək, burun axması və ya tutulması, güclü halsızlıq kimi geniş simptomlarla özünü göstərə bilir. Bu isə xəstəliyi soyuqdəymə və ya qripdən ayırmağı çətinləşdirir.
Yoluxma yolları əvvəlki COVİD-19 variantları ilə eynidir. Virus öskürək, asqırıq və nəfəs yolu ilə havaya yayılan damcılar vasitəsilə insandan insana keçir. Mütəxəssislər xüsusilə qapalı və izdihamlı məkanlarda maska, gigiyena və havalandırma tədbirlərinin hələ də önəmli olduğunu xatırladır.
Bundan başqa, koronavirusdan qorunmaq üçün xüsusilə yaşlı insanların və xroniki xəstəlikləri olan şəxslərin izdihamlı məkanlarda daha diqqətli olmaları tövsiyə edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya