Daban çatlarını ciddiyə alın! -Ekspertlər gizli təhlükəyə diqqət çəkdi
Yusif Nəzərli
04:13 18.07.2025
Sağlamlıq
308
Ayaqlardakı dəyişikliyə diqqət edilməsi vacibdir. Dabanlarda çatlar varsa, “yay, isti, quruluq” bəhanəsini uzaqlaşdırın. Dabanlardakı çatlar şəkərli diabetin ən məkrli əlamətidir.
“Sherg.az” “Sabah.com.tr”yə istinadən xəbər verir ki, daban çatları çoxları üçün quru dərinin nəticəsi kimi görünsə də, ekspertlər xəbərdarlıq edir: “Günahsız” görünən bu simptom, əslində, gizli diabetin ilkin əlaməti ola bilər! Ayaqlarınızda bu əlamətlər varsa və hələ də şəkərli diabet üçün yoxlanılmamısınızsa, gecikmədən bir mütəxəssislə məsləhətləşmək çox vacibdir. Bu kiçik detal bədəninizin sizə pıçıldadığı böyük bir sağlamlıq böhranının əlaməti ola bilər”! Yay aylarında tez-tez açıq ayaqqabılar səbəbiylə kosmetik problem kimi görünə bilən daban çatları, əslində, çox daha ciddi bir sağlamlıq probleminin əlaməti ola bilər. Əczaçı Niamh Mak Millan şəkərli diabet üçün sınaqdan keçirilməyənlərə xəbərdarlıq edib: "Ayaqlarınızdakı bəzi kiçik simptomlar əslində yaxşı getməyən daha böyük bir problemi göstərə bilər". Mak Millana görə, ayaq sağlamlığı ümumi sağlamlığınızın güzgüsüdür. Bəzi sadə görünən simptomlar gizli diabet kimi ciddi xəstəliklərin erkən göstəriciləri ola bilər. Ayaqlarda sağalmayan yaralar, uyuşma və karıncalanma kimi simptomlara diqqət yetirmək xüsusilə vacibdir. Dabanlarda dərin çatlar sadəcə quru dəriyə görə görünsə də, əslində, diabetin əlaməti ola bilər. Diabet ayaqlara qan axınını azaldaraq dərinin sağalma prosesini ləngidir. Bu, hətta kiçik çatların ciddi infeksiyalara çevrilməsinə səbəb ola bilər. "Ayağınızdakı kiçik bir kəsik və ya yara bir neçə gün ərzində sağalmazsa, bu, ciddi bir xəbərdarlıq əlaməti ola bilər" deyən Mak Millan, diabetin sağalma prosesinə necə mənfi təsir etdiyini izah edib: “Diabetli insanlarda zəif qan dövranı sağalma prosesini uzadır və infeksiya riskini artırır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya
Naxçıvanda Ombudsman təsisatı ləğv edilib
17:35 10.04.2026
Cəmiyyət
Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
17:14 10.04.2026
Ekologiya
Generalın rəhbəri olduğu şirkətin əmlakı müsadirə olundu
16:42 10.04.2026
Cəmiyyət
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə