Daha uzun yaşamağın sirri: Alimlər qatığın inanılmaz faydalarını açıqladı
Yusif Nəzərli
03:11 10.02.2025
Sağlamlıq
466
Qatıq sevənlərdə bütün səbəblərdən ölüm nisbəti digərlərinə nisbətən daha aşağıdır. Bu nisbət məhsulun yağlılıq dərəcəsinə və miqdarına görə dəyişir.
Bu barədə çinli alimlər uzunmüddətli tədqiqatlardan sonra elan ediblər. Onların araşdırmalarının nəticələri "Journal of Global Health"də dərc edilib.
Bildirilir ki, tədqiqat üçün 186 mindən çox insanın məlumatı araşdırılıb. Məlum olub ki, qatıq sevənlərdə ölüm nisbəti onu yeməyənlərlə müqayisədə daha aşağı olub. Üstəlik, faydalı təsir istənilən miqdarda və müxtəlif yağlılıq dərəcəsi olan qatıqlardan əldə edilib.
Gündə 50 qrama qədər normal yağlılıqlı turş süd məhsulunun minimal istehlakı ölüm riskini 18%, 50-100 qram - 7%, 100 qramdan çox isə 4% azaldıb. Yağsız qatıq üçün müvafiq olaraq risklərin azalması belədir: 12, 9 və 5%.
Bundan başqa müəyyən edilib ki, gündə cəmi 80-125 qram qatıq istehlakı 2-ci tip diabet riskini 14% azaldır. Oxşar effektlər ürək-damar xəstəlikləri və metabolik sindroma da (piylənmə, 2-ci tip diabet, ürək və damar xəstəlikləri və sair) aid olub.
Bildirilir ki, qatığın tərkibində olan faydalı bakteriyalar (Bolqar çöpü) uzunömürlülüyün açarıdır. Bu məhsul həmçinin zülal, süd yağının fosfolipidləri, təbii trans yağlar, "K1" və "K2" vitaminləri, kalsiumla zəngindir. Bütün bunlar sağlamlığımıza və ömür uzunluğumuza müsbət təsir göstərir. Saglamolun.Az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya