Demensiyanın müalicəsində musiqi terapiyası ümid yaradır - TƏDQİQAT
Yusif Nəzərli
06:49 20.07.2025
Sağlamlıq
377
ABŞ-ın Anglia Ruskin Universitetinin (ARU) pilot tədqiqatı çərçivəsində demensiya xəstələrinin müalicəsində musiqi terapiyasından istifadə ümidverici nəticələr əldə olunub. “MELODIC” (Musical Engagement for the Loneliness and Distress in Dementia Care) adlı yanaşma canlı musiqi terapiyasını dərmanlara alternativ olaraq təklif edir və xəstələrin sıxıntısını azaltmaq məqsədi daşıyır.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat psixotrop dərmanlardan asılılığı azaltmaq məqsədilə iki palatada həyata keçirilib. “MELODIC” müdaxiləsi metodunu xəstələrin və ailələrin rəyləri əsasında klinik ordinatorlar və musiqi terapevtləri birgə hazırlayıblar. Məqsəd xəstələrin rifahını artırmaq və onların gündəlik davranışlarındakı pozuntuları minimuma endirməkdir. Pilot tədqiqat çərçivəsində musiqi terapiyası seanslarına mahnı oxuma, musiqi alətlərində ifa və dinləmə daxil edilib.
İlkin nəticələr göstərib ki, musiqi terapiyası tətbiq olunan xəstələrdə həyat keyfiyyətində artım, narahatlıq əlamətlərində azalma müşahidə olunub. Ümumilikdə davranış pozuntularında azalma və xəstəxana insidentlərinin sayında sabitlik qorunub saxlanılıb. Ən əsası isə heç bir mənfi hadisə qeydə alınmayıb.
ARU-nun Kembric Musiqi Terapiyası Tədqiqatları İnstitutunun tədqiqatçısı Naomi Tompson qeyd edir: “Stasionar psixi sağlamlıq palatalarında demensiya xəstələri tez-tez yüksək səviyyədə narahatlıq yaşayır və işçilər bu vəziyyəti təhlükəsiz və mərhəmətli şəkildə idarə etməkdə çətinlik çəkirlər. “MELODIC” aləti bu mürəkkəb şəraitdə effektiv istifadə oluna bilər və psixotrop dərmanlara alternativ təqdim edir”.
“MELODIC” modelinin formalaşmasında 49 tibb işçisi, xəstələr və onların ailələri ilə aparılmış müsahibələr əsas rol oynayıb. Müdaxilənin həyata keçirilməsi üçün ayda bir dəfə musiqi terapevti cəlb olunur.
Psixiatr Ben Undervud əlavə edir: “Bəzən demensiya xəstələrinin narahatlıq səviyyəsi o qədər yüksələ bilir ki, onların xəstəxanaya yerləşdirilməsi qaçılmaz olur. Bu, həm xəstələr, həm ailələr, həm də tibb işçiləri üçün çətinlik yaradır. “MELODIC” müdaxiləsi bu təzyiqləri azaltmaqda və qayğının keyfiyyətini artırmaqda mühüm rol oynaya bilər”.
Tədqiqatın nəticələri “Frontiers in Psychiatry” jurnalında dərc olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət