Dikdaban ayaqqabı geyməyin ! “Bədənin balansını pozur” – Qamət əyilir !
Şəymən Bayramova
14:57 10.09.2020
Sağlamlıq
2361
Qadınlarda özünəinam hissini artıran dikdaban ayaqqabılar hər nə qədər gözəl və cəlbedici görünsə də, ciddi sağlamlıq problemlərinə yol açırlar.
ABŞ mütəxəsisslərin araşdırmasına görə, bu ayaqqabılardan müntəzəm istifadə zamanı bədənimizin bütün ağırlığını daşıyan ayaqlarımızda qan dövranı pozulur və bu da sonradan bir çox xəstəliklər meydana çıxarır. Dizlərdə sürüşmələr baş verir və bunun nəticəsində ayaqlarda təzyiq yaranır.
Sözügedən nəticələri təsdiqləyən reabilitoloq-fizioterapevt Pərvin Əkbərovun "Sherg.az"a açıqlamasına görə, dikdaban ayaqqabılar bədənin ağırlıq mərkəzini qabağa çəkir. Bu zaman onurğa və oynaqlar bunu kompensasiya etmək məcburiyyətində qalır:
"Onurğa və baş orta oxundan əyilir, çanaq və onurğanın döş hissəsi arxaya gedir, nəticədə bel, kürək və digər nahiyələrin əzələləri yüklənir və gərginləşir. Yeriş zamanı normal addımların uzunluğu ve tezliyi dəyişir – bu, normal bədən balansının pozulmasından xəbər edir.
Balansın pozulması həm travmatik yıxılma riski yaradır, həm də qamət dəyişikliklərinə yol açır. Ayaq biləyin hərəkəti dik dabanlı ayaqqabıda məhdudlaşır, eyni zamanda yeriş üçün bu oynağın hərəkəti çox vacibdir.
Ayağın axill vətəri və baldır əzələlər qısalır ve bərkiyir. Pəncənin barmaq hissəsinə əlavə yük düşür və bu bir çox problemlərin yaranmasına, ya da kəskinləşməsinə yol açır.
Bunların arasında böyük barmağın “hallux valgus” deformasiyası (el arasında «podaqra» deyilən, amma bu metabolik xəstəliklə əlaqəsi olmayan bir vəziyyətdir), nevroma və s. kimi xəstəlikləri qeyd etmək olar. Dizlər də əlavə gərginliyə düşür, oynağın iç strukturları daha tez zədələnməyə meyilli olur".
Həkimin sözlərinə görə, bütün bunlara rəğmən dikdabandan imtina etmək istəməyən xanımlar ayaqlarına uyğun ayaqqabı alsınlar:
"Önə doğru azacıq əyilmiş, barmaqları sıxmayan modellərə üstünlük verilməsi daha məqsədəuyğundur.
Yaxşı olar ki qalın dabanlı ayaqqabılara üstünlük versinlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm