Dilavər Əzimli sağalacaq
Turan
08:49 06.01.2021
Sağlamlıq
1423
Tibb işçiləri əllərindən gələni edirlər
Tarixçi-alim, Bütöv Azərbaycan Ocaqlarının təmsilçisi Dilavər Əzimli koronavirusa yoluxub. Ev şəraitində müalicəsi mümkün olmayan tarixçi Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirilib.
Alimin səhhəti ilə bağlı “Şərq”ə məlumat verən yaxın dostu, türkoloq-alim, BAO üzvü Faiq Ələkbərli deyib ki, ayın 4-də Dilavər Əzimlinin vəziyyəti bir qədər ağırlaşıb və təngnəfəsliyi artıb. Onun sözlərinə görə, klinikada ciyərləri təmizlənib:
“Hazırkı durumu stabildir, vəziyyəti o qədər də ağır deyil. Həkimlər səhhətini orta-ağır səviyyədə dəyərləndirirlər. Tibb işçiləri əllərindən gələni edirlər. Hər şey bədənin müqavimətindən asılıdır. İnşallah, tez zamanda ayağa qalxacaq. Bütöv Azərbaycan Ocaqlarının rəhbərliyi Dilavər müəllimin durumunu daim diqqətdə saxlayır. Bir neçə millət vəkilinə də müraciət etmişik. Sağ olsunlar, deputatlar da vəziyyəti nəzarətdə saxlayır, bacardıqlarını edirlər. Ümid edək, vəziyyəti yaxşılaşmağa doğru getsin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual