Dilin ağ ərp bağlaması daxili xəstəliklərdən xəbər verir
06:46 08.01.2021
Sağlamlıq
21113
Zamanında müalicə edilməyəndə bədxassəli şişə çevrilə bilər
Dilin ağ ərp bağlaması problemi ağız boşluğu xəstəliklərinin əlamətidir. Çox vaxt bunu normal hal kimi qəbul edilir. Lakin dil əslində heç bir ləkəsiz, çöküntüsüz, çəhrayı rəngdə olmalıdır. Yalnız yuxudan sonra əmələ gələn və ya rahatlıqla təmizlənə bilən yüngül ağ rəngli çöküntü normal qəbul oluna bilər. Digər hallarda dildə əmələ gələn hər bir ləkə orqanizmdə baş verən hansısa problemin xəbərçisidir və bunun yaranma səbəblərini müəyyən etmək mütləqdir.
Mövzu ilə bağlı danışan dermatoloq Mehdi İskəndərli "Şərq"ə açıqlamasında bildirib ki, dildə ərpin yaranması xəstələrdə ciddi diskomfort yaradan bir patalogiyadır. Həkim qeyd edib ki, asimtpomatik olan bu problem bəzi xəstələrdə dildə yanma, göynəmə və ağrı hissi də verə bilər:
"Dilin ərplənməsi həm daxili, həm də xarici səbəblərdən yarana bilər. Siqaret və spirtli içki qəbul edənlərdə alkoqolun və nikotinin yerli təsirindən dil ərplənməsi baş verə bilər. Ağız boşluğunun ümumi gigiyenası pozulmuş insanlarda bir çox ağız boşluğu xəstəlikləri əmələ gətirir. Dilin ərp bağlaması da bunlardan biridir. Spritli içki qəbulu, tütün məmulatları, diş fırçalamasına diqqət etməyənlərdə də ağız boşluğu gigiyenası pozulduğu üçün dilin üstündə ağ təbəqə yaranır. Lakin dildəki ərpin rəngi hər zaman ağ rəngdə olmur. Dildəki ərp sarı, qəhvəyi, hətta qara rəngdə ola bilər. İntensiv şəkildə qəhvə və çay qəbul edənlərdə dil ərpi daha tünd rənglərdə olur. Dilin üstündəki ərp ikincili bakteriyal və funqal infeksiyalara bağlı olaraq daha qalın, daha tünd və qoxulu ola bilər".
Dermatoloq vurğulayıb ki, dilin ağ ərp bağlaması daxili xəstəliklərin, immun yetməzlik sindromlarına bağlı da yarana bilər:
"Bəzi genetik irsi xəstəliklər sadəcə dilin üstündən deyil, ağız boşluğunun digər nahiyələrində də ağ ərp meydana gətirə bilər. Bəzi sistemik virus infeksiyalarından sonra da dildə ərp yarana bilər.
COVID-19 xəstəliyi keçirən bir çox insanlarda dad və qoxu itkisinə əlavə olaraq, dilin ərp bağlaması da müşahidə edilib. Dilin üstündəki ərp bir çox hallarda geri dönən prosesdir.
Lakin ağız boşluğunda ağ ərp problemi bəzi hallarda konservativ müalicələr ilə düzəlmir. Bəzi hallarda dilin ağ ərpləri prekanseroz hallardan xəbər verir. Yəni dildə ağ təbəqə zamanında müalicə edilmədiyi halda ağız boşluğunun bədxassəli şişinə çevrilə bilər.
Ağız boşluğunda ağ ərp görən pasientlər zamanında dermatoveneroloqa müraciət etməlidir. Onun mənşəyi təyin edilməli, diaqnozu qoyulmalı və vaxtında çarəsinə baxılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual