Dırnaq göbələyindən xilas olmağın 10 təbii yolu

Dırnaq göbələyi (onikomikoz) ilkin mərhələdə olduqda bəzi təbii üsullarla nəzarət altına alına bilər. Mütəxəssislər bildirir ki, müalicəyə erkən başlamaq nəticənin daha effektli olmasına kömək edir. Bəs dırnaq göbələyi necə keçər?

Sherg.az ev şəraitində tətbiq oluna bilən məşhur təbii üsulları təqdim edir.

1. Sarımsaq

Təbii antibakterial xüsusiyyətləri ilə tanınan sarımsaq dırnaq göbələyinə qarşı istifadə olunur. Əzilmiş sarımsaq zədələnmiş dırnağa çəkilir, üzəri bağlanır və 45 dəqiqə saxlanılır. Sonra ilıq su ilə yuyulur. Gündəlik tətbiq edilə bilər.

2. Alma sirkəsi

Alma sirkəsindəki üzvi turşular göbələklərin çoxalmasının qarşısını ala bilər. Pambıqla göbələk olan dırnağa çəkilir, üzəri bağlanır və gecə boyu saxlanılır.

3. Kəklikotu yağı

Göbələk əleyhinə təsiri ilə tanınır. Zədələnmiş dırnağa gündə 2 dəfə 3 damcı damladılıb yüngül masaj edilir.

4. Çay ağacı yağı

Antibakterial təsiri ilə seçilən çay ağacı yağı dırnaq göbələyinə qarşı ən çox istifadə edilən təbii vasitələrdəndir. Gündə 2 dəfə 2–3 damcı kifayətdir.

5. Limon suyu

Tərkibindəki turşular sayəsində infeksiya ilə mübarizədə köməkçi ola bilər. Təzə sıxılmış limon suyu gündə iki dəfə dırnağa çəkilir.

6. Zeytun yağı və sarımsaq

Əzilmiş sarımsaq az miqdarda zeytun yağı ilə qarışdırılır, bir qədər isidilir və soyuduqdan sonra dırnaq göbələyinin olduğu nahiyəyə tətbiq edilir.

7. Sirke və ağız yaxalama suyu

Sirke ilə ağız yaxalama məhlulu qarışdırılaraq pambıqla dırnağa qoyulur və 40 dəqiqə saxlanılır. Həftədə 2–3 dəfə tətbiq olunur.

8. Qarğıdalı unu

1 litr suya 1 kasa qarğıdalı unu əlavə edilir, ayaqlar bu suda 30 dəqiqə saxlanılır. Müntəzəm tətbiq infeksiyanın azalmasına kömək edə bilər.

9. Hindistan qozu yağı

Dırnağı qidalandırır və göbələyin yaratdığı xoşagəlməz görüntünü azaltmağa kömək edir. Gündə 2 dəfə bir neçə damcı tətbiq olunur.

10. Aynısəfa qarışımı

Aynısəfa bitkisi ilə hazırlanan ilıq vannalar əl və ayaq dırnaqlarında göbələk probleminə qarşı istifadə olunur.