Dodaq xərçəngindən daha çox kişilər əziyyət çəkir
08:40 10.09.2020
Sağlamlıq
2865
Adil Qeybulla: "Son zamanlar bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox artıb"
"Erkən dodaq xərçəngində heç bir əlamət olmaya bilər. Ən tez əlamət dodaqda sağalmayan yaranın olmasıdır"
Ötən il Azərbaycanda 530 min xəstə bədxassəli şişlərlə xəstələnmə nəticəsində müalicə-profilaktika müəssisələrində qeydiyyatda olub. Bir il əvvəl isə qeydiyyatda olanların sayı 493 min 700 nəfər idi. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, keçən il ilk dəfə qoyulmuş diaqnozla 12 min 107 nəfər qeydiyyata alınıb.
Onlardan 5 min 807 nəfəri kişi, 6 min 300 nəfəri qadın olub. İlk dəfə diaqnoz qoyulanlardan 2 min 122 nəfər süd vəzisi, 1 359 nəfər traxeya, bronx və ağciyər, 1277 nəfər mədə, 635 nəfər düz bağırsaq, 446 nəfər qida borusu, 220 nəfər qırtlaq, 205 nəfər ağız boşluğu və udlaq, 59 nəfər dərinin melonoması, 18 nəfər dodaqların xərçəngi xəstəliyindən əziyyət çəkib.
Bəs bu xəstəliyin, xüsusilə də dodaq xərçənginin artmasına səbəb nədir? Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla dodaq xərçəngi xəstəliklərinin artmasını bir neçə faktorla əlaqələndirib. Ekspert bildirib ki, son zamanlar bu xəstəlik qadınlara nisbətən kişilərdə daha çox artıb:
"Dodaq xərçənginin artmasının başında ilk olaraq siqaretdən daha çox istifadəsi durur. Siqaret tüstüsü nəticəsində yaranma ehtimalı var. Bu zaman dodaqda leykoplogiyaya rast gəlinir.
Yəni dodaq qırmızısının ağarmış sahələri əmələ gəlir ki, o da dodağın xroniki qıcıqlanmasına işarədir. Ümumiyyətlə, erkən dodaq xərçəngində heç bir əlamət olmaya bilər. Ən tez əlamət dodaqda sağalmayan yaranın olmasıdır. O çox vaxt alt dodaqda meydana çıxır".
A.Qeybulla müxtəlif keyfiyyətsiz dodaq boyalarından, kosmetik vasitələrdən xərçəngin bu növünün əmələ gəldiyini qeyd edib:
"Tanınmış firmaların kosmetik məhsulları bir sıra təcrübələrdən keçirilir.
Onların bədənə mənfi təsiri, xəstəlik törətmək kimi bir çox neqativ təsirləri araşdırılır. Lakin kustar üsulla hazırlanan məhsullar isə heç bir təcrübədən keçirilmir. Nəticədə də, təbii ki, onlar bədənə mənfi təsir göstərirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
17:35 23.06.2026
Hadisə
İranda banklara növbəti kiberhücum olub
17:23 23.06.2026
Region
“Birbaşa dialoq bitdi, risk artdı” - Ekspert
17:20 23.06.2026
Gündəm