Ekran qarşısında olan uşaqlar üçün 10 vacib xəbərdarlıq

Uşaqların erkən yaşda rəqəmsal məzmunla tanış olması müəyyən risklər yaradır.

Sherg.az xəbər verir ki, "Psychology Today" nəşrində David J. Bredehoftun məqaləsində vurğulanır ki, valideynlər ekran istifadəsi ilə bağlı aydın qaydalar müəyyən etməli və uşaqları bu qərarların qəbuluna cəlb etməlidirlər.

Əsas tövsiyələr:

Ekran istifadəsinə vaxt və məqsəd üzrə məhdudiyyət qoyun.

Kitab oxuma, idman, şahmat kimi alternativ fəaliyyətləri təşviq edin.

Valideynlər özləri düzgün nümunə olsun.

Uşaq yataq otağında ekran vasitələri saxlamayın.

Uşağın darıxmasına imkan verin – bu yaradıcılığı artırır.

Ekran vaxtını izləyən tətbiqlərdən istifadə edin.

Uşaqlarla açıq və izahlı ünsiyyət qurun.

Rəqəmsal xərcləri nəzarətdə saxlayın.

Oyun və tətbiqlərin məzmununu əvvəlcədən yoxlayın.

Yaşa uyğun ekran qaydaları müəyyən edin.