Elektron resept və qəbul sistemi insanları bezdirir
00:22 04.09.2025
Sağlamlıq
358
Həkim etiraf edir ki, idarəetmədə boşluqlar var, xəstələrin narazılığı haqlıdır
Poliklinika və dövlət xəstəxanalarında həkim qəbuluna düşmək, tibbi arayış almaq (yerli poliklinika şöbələrində), USM, rentgen aparatında yoxlanmaq üçün günlərlə, saatlarla növbə gözləmək, hansısa həkim məzuniyyətdədir deyə xəstə qəbulunun dayandırılması, analizlərə görə vətəndaşların ayrı-ayrı klinikalara yönləndirilməsi, bir sözlə, “get-gəl”, süründürməçilik sosial şəbəkələrin əsas mövzusudur. Bu barədə ziyalılar, ictimai nüfuzu olanlar da yazır. Vəziyyət isə dəyişmir. Məsələ ilə bağlı həkim-terapevt Şahvələd Məmmədov Sherg.az-a açıqlamasında təşkilati işlərdə problemlər olduğunu inkar etmədi:
- İdarəetmə sistemində müəyyən boşluqlar olduğuna görə sistemin tətbiqində problemlər yaranır, poliklinika şöbələrinə müraciət edən insanlar əziyyət çəkir. Elektron resept, elektron bülleten sistemi tətbiq olunur. Amma müəyyən boşluqlar bu sistemdən faydalanmağı çətinləşdirir. Vətəndaş 1 saat vaxt itirir. Xəstəlik vərəqinin açılışında, yaxud bağlanması prosesi zamanı. Eləcə də həkim qəbuluna yazılma prosesində. Vətəndaşların narazılığı başadüşüləndir. Hesab edirəm ki, insanların məmnunluğu üçün bu ziddiyyətlər aradan qaldırılmalıdır. Ümid edək ki, mövcud boşluqlar yaxın gələcəkdə aradan qaldırılacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı aeroportu sərnişinlərə müraciət etdi
18:53 13.02.2026
Cəmiyyət
Ceyhun Məmmədov: “Ölkədə gərginlik yaratmaq planı iflasa uğradı”
18:51 13.02.2026
Gündəm
ABŞ-li nazir Rubio: “Köhnə dünya artıq yoxdur”
18:43 13.02.2026
Gündəm
İran televiziyasında canlı yayımda “intiqam siyahısı” yayımlandı
18:38 13.02.2026
Dünya
Gürcüstan Aİ kursundan uzaqlaşır? - Politoloqdan İZAH
18:32 13.02.2026
Gündəm
"Nyukasl" "Qarabağ"la oyuna ciddi itkilərlə çıxacaq
18:26 13.02.2026
Dünya
Rutte: Rusiya Ukraynada ilbiz sürəti ilə irəliləyir
18:15 13.02.2026
Dünya
İlham Əliyev Münxendə Slovakiyanın müdafiə naziri ilə görüşüb
18:10 13.02.2026
Rəsmi
ABŞ və Ermənistan arasında hərbi əməkdaşlıq müzakirə edildi
17:55 13.02.2026
Gündəm
"Bavariya" ulduz futbolçusu ilə müqaviləni yenilədi
17:14 13.02.2026
Futbol
Nə Karapetyan, nə Köçəryan - seçkini biz udacağıq - Xudatyan
17:07 13.02.2026
Region
Prezident Neçirvan Bərzanini Azərbaycana səfərə dəvət edib
17:06 13.02.2026
Gündəm
AMEA Ramiz Mehdiyevi həqiqi üzvlükdən xaric edəcək
16:58 13.02.2026
Elm və Təhsil