Ən çox çirklənmiş bazar: Saxta spirtli içkilərdən ölənlərin sayı artır
Yusif Nəzərli
22:34 27.02.2025
Sağlamlıq
683
Paytaxtda spirtli içkidən daha bir nəfər zəhərlənərək vəfat edib. Bununla son günlərdə spirtli içkidən ölənlərin sayı 17 nəfərə çatıb. İlk belə hadisə fevralın 22-23-də Sabunçu rayonu ərazisində baş verib. 15 nəfərin spirtli içkidən dünyasını dəyişdiyi məlum olub.
Sonrakı gün Suraxanı rayonunun Əmircan qəsəbəsində daha bir nəfər spirtli içkidən zəhərlənərək ölüb. Fevralın 26-sı saat 19 radələrində isə Səbail rayonu A.İsmayılov küçəsində yaşayan 1970-ci il təvəllüdlü Z.Əliyev spirtli içkidən zəhərlənib. O, yaşadığı evdə vəfat edib. Z.Əliyevin hansı növ spirtli içki qəbul etdiyi məlum deyil. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır. Son günlər baş verən ölüm halları ilə bağlı müxtəlif mülahizələr səslənir. Ehtimal edilir ki, bu şəxslər qarlı, şaxtalı havada isinmək məqsədilə spirtli içkidən istifadə ediblər. Lakin aldıqları içki keyfiyyətsiz olub. Hətta bu şəxslərin apteklərdən texniki spirt (etil spirti) alıb suya qarışdıraraq içdikləri də ehtimal edilir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyib Hüseynov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu məhlul çox toksikli maddədir:
- Onlar aptekdə satılır, amma üstünə yazılır ki, daxilə qəbul qadağandır. Onu daxilə qəbul edən anda zəhərlənmə baş verir. Texniki spirt xarici dezinfeksiya məqsədi daşıyır. Bəziləri ucuzdur deyə alır, içirlər. Zəhərlənməyə məruz qalır, vəfat edirlər. Texniki spirt daxili orqanların fəaliyyətini iflic vəziyyətinə salır.
E.Hüseynov bildirdi ki, ümumiyyətlə, spirtli içki bazarına ciddi nəzarət olmalıdır:
- Standartlara uyğun olmayan şəraitdə, tərkibində etil spirti olan belə keyfiyyətsiz alkaqollu içkilərin əmtəə bazarında satışı insanların sağlamlığını təhlükə qarşısında qoyur. Belə içkiləri qəbul edənlər ölümlə üz-üzə qalır, bəzi hallarda isə insanların həyatında sağalmaz izlər qoyur. Ancaq bəzi işbazlar daha çox qazanmaq məqsədilə içkiləri etil spirti ilə hazırlayırlar. Bu da zəhərlənməyə səbəb olur. Çünki bu spirt antifriz, şüşə təmizləyən məhlullar, boyanı durultmaq üçün nəzərdə tutulmuş vasitələr və bu kimi maddələrin hazırlanmasında istifadə edilir. Yəni etil spirti daxilə qəbul etmək üçün nəzərdə tutulmayıb. Etil spirti bədəndə metobolizm nəticəsində formaldehid və formik turşuya çevrilir. Zəhərlənmə isə formik turşusunun yaratdığı asidozla əlaqəlidir. Asidoz nəticəsində sinirlər zədə görür və bununla əlaqəli korluq və yaxud ölüm baş verir. Vətəndaşlara tövsiyə olunur ki, güvənmədikləri içkini, yeməyi qəbul etməsinlər. İstehlakçı spirtli içki alarkən ehtiyatlı olmalı, aksiz markasına diqqət etməlidir:
- Spirtli içki alan zaman aksiz markasına diqqət edilməlidir. Son istifadə tarixinin qeyd olunduğu məhsulları almaq lazımdır. Bu işdə də ictimai nəzarət olmalıdır. Saxta spirtli içki istehsalı kimlərinsə gözü qarşısında baş verir, bundan xəbəri olan insanlar var. Onlar aidiyyəti orqanlara məlumat verməlidirlər. Müvafiq qurumlar da nəzarət mexanizmini gücləndirməlidir. Yadınızdadırsa, bir müddət əvvəl Vergilər Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bir neçə ticarət obyektində həyata keçirilmiş nəzarət tədbirləri zamanı kustar üsulla hazırlanmış spirtli içkilər aşkar etmişdi. Spirtli içkilər bazarı Azərbaycanın ən çox çirklənmiş bazarıdır, ən çox saxta məhsullar bu bazardadır. Paytaxt Bakıda və ölkənin digər bölgələrində gizli fəaliyyət göstərən sexlərdə kustar üsullarla spirtli içkilər hazırlanır və satış məntəqələrinə ötürülür. İstehlakçıların böyük əksəriyyəti restoran və kafelərdə onlara təqdim edilən spirtli içkilərin hansı qatışıqlardan hazırlanmasından xəbərsizdir. Ona görə də istehlakçılar diqqətli olmalı, aldıqları malların sertifikatını tələb etməli, məhsulun etiketinə, qablaşdırılmasına xüsusi fikir verməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də ciddi monitorinqlər aparmalı, keyfiyyətsiz, saxta, istifadə müddəti ötmüş ərzaqların satışdan çıxarılmasına nail olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya