Ərin dişlərində kariyes varsa arvada da keçir?
Yusif Nəzərli
18:16 13.01.2025
Sağlamlıq
678
Kariyes – dişləri məhv edən əsas səbəblərdən biridir. Onun səbəbləri müxtəlif, müalicəsi birdir.
Amma bir sual var: kariyes bir ağızdan digərinə keçə bilərmi, yoluxucudurmu?
“Medicina” xəbər verir ki, stomatoloq Roman Biryukov bu barədə miflərə aydınlıq gətirib.
“Kariyesin ağızla təmasdan, məsələn, öpüş, diş fırçası, ağız suyu ilə keçməsi barədə fikirlər var.
İlk öncə bilməliyik ki, kariyes patoloji prosesdir və dişin emal toxumasını dağıdır.
Kariyes bir neçə mərhələdə gedir və burda diş ərpində yığılan bakteriyaların rolu az deyil.
Kariyesin yaranma mərhələsi.
1. Dişdə ərp- yapışqan kimi örtük – qida qalığı, ağız suyu və s.dən yaranır. Bu ərpin altı bakteriyaların toplanması və artması üçün idealdır.
2. Diş ərpində yerləşən bakteriyalar qida ilə qəbul edilən şəkər və karbohidratlarla qidalanır.
3. Onlar qidalanıb çoxalır və turşu ifraz edir və bu yandırıcı qoxulu turşu diş minasını zədələyir, yeyir.
4. Deminiralizasiya səbəbindən diş minasının səthində çatlar, sıyrıntılar, çürüklər yaranır.
5. Bu proses davam etsə, kariyoz defekt yaranır və dişin bərk toxuması zədələnir. Kariyes dərinə gedərək pulpaya keçir.
Kariyes infeksion xəstəlikdir, amma bu qrip kimi deyil. Kariyesli ağızdan gələn tüpürcək, zərrəcik, hava ilə yoluxmaq mümkün deyil.
Amma əgər insan bir başa kariyesi olan insanın ağlz suyu ilə öz ağız suyunu qarışdırarsa, o bakteriyaların keçməsi mümkündür və bu çox asandır. Bu isə o deməkdir ki, öpüş, xüsusən dərin öpüş zamanı, eyni diş fırçası, qaşıq və s.dən istifadə etdikdə, kariyes törədən bakteriyalar keçir. Onların sonrakı inkişafı sağlam insanın dişlərinə necə qulluq etməsindən və immunitetindən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm