Eşitmə qabiliyyətini bərpa edən implant yaradıldı

İsveçrə alimləri ağır eşidən xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yeni beyin kökü implantı hazırlayıblar.

Teleqraf xəbər verir ki, by barədə “Nature Biomedical Engineering” elmi jurnalında xəbər yayılıb.

Məlumata görə, qalınlığı 1 millimetrdən az olan çevik cihaz artıq uğurla sınaqdan keçirilib. Yan təsirlər olmadan səs qəbulunun görünməmiş dəqiqliyi qeydə alınıb.

Meymunlar üzərində aparılan sınaqlarda uğurlu nəticələr əldə olunub. Alimlər yeni kəşfi insanlar üzərində sınaqdan keçirməyi planlaşdırır.