Eyni evdə 20 it: 830 min cərimə kəsildi
Yusif Nəzərli
05:51 07.09.2025
Sağlamlıq
477
Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda bir evdən gələn pis qoxu və itlərin hürmə səsləri səbəbindən sakinlər 3 sentyabrda vəziyyəti Rayon Kənd Təsərrüfatı İdarəsinə və Heyvan Hüquqları Federasiyası (HAYTAP) əməkdaşlarına bildiriblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, şikayət əsasında ünvanı yoxlayan qruplar evdə müxtəlif cinslərdən olan ümumilikdə 20 itin saxlandığını aşkar ediblər. Heyvanlar əməkdaşlar tərəfindən təhvil alınıb. Bayraklı Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları evdə yaşayan İlknur Ç.-yə 830 min 880 TL məbləğində inzibati cərimə kəsib.
HAYTAP sədr müavini, vəkil Senem Demirel Acar bildirib: “Biz bu evə üçüncü dəfə basqın etdik. Həmin şəxs itləri qeyri-sağlam şəraitdə saxlayır. Can dostlarımız qoruma altına alındı. Xilas edilən heyvanların müalicəsi davam edir. Daha sonra onlar yeni sahiblərinə veriləcək.”
Bundan başqa, Kənd Təsərrüfatı və Meşə İdarəsinin əməkdaşları vurğulayıblar ki, “Heyvanların sahiblənilməsi, baxımı və qorunması” çərçivəsində bu il ərzində vilayət üzrə ümumilikdə 2 milyon 507 min 120 TL cərimə tətbiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region
Zelenski ABŞ-yə dəvət olunduğunu açıqladı
16:50 23.07.2026
Dünya
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:49 23.07.2026
Gündəm
Putin Təhlükəsizlik Şurası ilə silah istehsalını müzakirə edib
16:35 23.07.2026
Dünya
Ermənistanın azadlığı üçün olmazsa olmaz şərt sülhdür - ŞƏRH
16:30 23.07.2026
Gündəm
Çexiyada hərbi helikopter qəzaya uğrayıb, ölən var
15:51 23.07.2026
Dünya