Fransa “qırmızı həyəcan” vəziyyətinə keçdi: “Super qrip” Avropanı silkələyir

Avropanı bürüyən super qrip dalğası, Fransada aparılan qrip əleyhinə peyvənd kampaniyasına baxmayaraq təsirini saxlayır.

Sherg.az xəbər verir ki, Fransa, Dünya Səhiyyə Təşkilatının nəticələri ilə bağlı xəbərdarlıq etdiyi super qripdən ən çox zərər görən ölkələrdən biri hesab olunur. Rəsmilər bildirirlər ki, Milad və bayram günlərində yoluxma halları artarsa, səhiyyə sistemində ciddi yüklənmə yarana bilər.

Xalq Sağlamlığı Xidmətinin açıqlamasına görə, 8-14 dekabr tarixləri arasında qriplə bağlı müraciətlər bütün yaş qruplarında artmaqda davam edib.

Fransız Xalq Sağlamlığı Xidmətinin proqnozlarına əsasən, Milad və Yeni il tətilləri zamanı vətəndaşların daha sıx ünsiyyətdə olması səbəbindən epidemiyanın pik həddə çatacağı gözlənilir. Bu vəziyyətin ölkə xəstəxanaları və ümumilikdə səhiyyə sistemi üzərində əlavə təzyiq yaradacağı bildirilir.