Fransada dəhşətli virus: İnsanlar ölənə qədər rəqs edir…
Yusif Nəzərli
07:17 12.01.2025
Sağlamlıq
524
Avropanın tarixində çox qəribə bir virus olub və pandemiya halına gəlib. İş o yerə çatıb ki, yerli hökumətlərin, kilsənin gücü çatmayıb ki, bunun qarşısını alsın, onlar cinçıxaran, pis ruhlarla mübarizə aparan və kilsənin qəbul etmədiyi cadugərləri belə köməyə çağırıblar.
1384-cü ildə Almaniyada özünü göstərən bu virus çox geniş əraziləri əhatə etməyib, lakin 1518-ci ildə Fransadan Niderland, Almaniya, İspaniya və digər ölkələrə sürətlə yayılmağa başlayıb.
Bu virusun adı “Rəqs” olub. “Rəqs vəbası” ilk dəfə özünü Fransanın Strasburq şəhərində göstərib.
Strasburq sakini Frau Troffea 1518-ci il iyulun 15-də un almaq üçün evindən çıxır və mərkəzi meydandan keçərkən qəfil dayanır. Qadının üzü qaralır və bədəni şişir. Və birdən o dəli kimi küçədə rəqs etməyə başlayır. Ən qəribəsi də budur: qadını özünə qaytarmağa və çılğın rəqsi dayandırmağa çalışan yoldan keçənlər özləri rəqs etməyə başlayırlar.
Bir-iki günə “Rəqs vəbası” bütün Strasburqu bürüyür. Şəhər əhalisi yorğunluğa və ayaqlarındakı qabarcıqlara baxmayaraq, yıxılana qədər rəqs edirdilər. Rəqsə aludə olanları müalicə etməyə çalışan yerli məmurlar çarəsiz qalırlar, heç bir müalicə kömək etmir.
Nəhayət, şəhərdə karantin elan edirlər və “rəqqaslar”dan çoxunu monastırların birinə gətirib, çarpayıya bağlayıb, ağır ayaqqabı geyindirirlər ki, rəqs etməsinlər. Amma bu, onlara kömək etmir, rəqs edə bilməyənlər dərhal ölür.
Çıxış yolu kimi insanların rəqs etməsinə icazə verilir, epidemiyanın azalacağına inanan məmurlar şəhər meydanında taxta meydança tikdirir, musiqiçilərin gecə-gündüz ifa etməsini tapşırırlar. Şəhərin qalan sakinlərinə xəstələrə yaxınlaşmaq qadağan edilir. Maraqlıdır ki, karantin işə yarayır – üç ay sonra Strasburqdakı “Rəqs vəbası” başladığı kimi qəflətən də bitir.
Amma bu müvəqqəti sükut idi. Növbəti əsrdə “Rəqs” xəstəliyi bütün Qərbi Avropanı bürüyür. Xəstəliyin yayılmasının qarşısını almaq üçün kilsə işə qarışır. Onları ibadət üçün kilsəyə dəvət edən rahiblər istədiyi nəticəni əldə edə bilmirlər. Qaranlıq və havasız kilsələrdə insanlar tez-tez hallüsinasiyalar və ürəkgetmələr yaşamağa başlayırlar. Rəqs edə bilməyən və bu virusa yoluxanlar dərhal ölürlər. Rəqs edib yorulanlar isə dərin yuxuya gedir, çoxu yuxudan ayılmırdı.
“Rəqs virusu”nun nədən yarandığını indiyə qədər heç bir tibb alimi tutarlı izah edə bilməyib. Ehtimallara görə, bunun bir səbəbi kütləvi panik ataklar, bəzilərinin iddiasına görə isə müqəddəs Vitadan aclıq, xəstəlik və səfalətdən xilas olunması üçün ritual rəqsi olub.
Səbəbi nədir, hələ də bilinmir, amma tarixdə “Rəqs vəbası” minlərlə insanın ölümünə səbəb olub. axar.az
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi