Getdikcə uşaqlar ana yeməklərini sevmir - SƏBƏBLƏRİ İLGİNCDİR
07:59 28.02.2021
Sağlamlıq
794
“Bugün dünyada hər gün yüzlərcə uşaq haqsızlığın qurbanı olur, amma biz öz əllərimizlə öz uşaqlarımızı həyat təhlükəsi ilə üz-üzə qoyuruq, öz əllərimizlə uşağın immun sistemini məhv edirik".
“Sherg.az” xəbər verir ki, bu sözləri həkim fitoterapeft Fizuli Hüseynov deyib. Onun sözlərinə görə, əvvəllər valideynlərimiz ərik, alça, əncir qurusu kimi faydalı çərəzləri uşaqların ciblərinə töküb məktəbə göndərərdilər:
“İndi isə uşaqların nə yeyib, nə yemədiyini hamı bilir. Çipslərin və başqa sintetik çərəzlərin hazırlanmasında trans yağlardan istifadə olunur. Trans yağlar nə deməkdir? Trans yağlar, əsasən neft məhsullarından alınır, şirniyyatlar, tortlar, çipslər bu yağla bişdikdə daha cazibədar görünür, qiyməti də ucuz başa gəlir. Nəzərinizə çatdırım ki, Avropada artıq bu yağların istifadəsi qadağan olunmuşdur. Bu yağlar insan orqanizmində tam parçalanmır, damarların mənfəzini tutub qanın normal hərəkətinin qarşısını alır. Bu yağlardan daimi istifadə edənlərdə başağrısı, halsızlıq, ürəkbulanma baş verir və ən əsası uşaqların yaşıdlarından əqli cəhətdən geri qalmasına səbəb olur. Trans yağlar damar divarına hopub üst-üstə toplanır, sonda belə insanlar infarkt, insult, ateroskleroz kimi xəstəliklərə daha tez tutulurlar. Belə yağlar həm də bağırsaq xovlarının arasında ilişib qalır, bağırsağın filtr qabiliyyətini pozur və beləliklə də immun sistemini məhv edir.”
F.Hüseynov qeyd edib ki, üstəlik çipsləri süni surətdə dadlandırmaq üçün qlütamatlardan istifadə olunur: “Bu maddələr isə asılılıq törədir, ağız dadını dəyişir və başqa yeməklər belə insanlara dadsız gəlir (yəni uşaq evdə ananın bişirdiyi heç bir yeməyi sevmir).
Bir sözlə özümüz öz uşaqlarımızın həyatını korlayırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual