İnternetdə xəstəlik axtarışları ilə bağlı artan narahatlıq siberkondri adlanan yeni psixoloji problemlərə yol açır.
Sherg.az xəbər verir ki, İstanbul Arel Universitetinin psixoloqu Dr. Muzaffer Şahin bildirir ki, bu problem sadəcə psixoloji deyil, fiziki narahatlıqlara da səbəb olur.
Siberkondri, internetdə xəstəlik əlamətlərini araşdırarkən yaranan aşırı narahatlıqla bağlıdır. İnsanlar kiçik simptomları böyüdərək ciddi xəstəlikləri varmış kimi düşünə bilər, nəticədə yaygın anksiyete və xəstəlik narahatlığı pozuntuları əmələ gəlir.
Dr. Şahin vurğulayır ki, narahatlıq gündəlik həyat və iş funksiyalarını pozursa, psixoloq, psixoterapevt və ya psixiatrdan dəstək alınmalıdır.
Ekspertin proqnozuna görə, siberkondri 7-8 il içində DSM-6 və ICD kodu alaraq rəsmi xəstəlik kimi tanına bilər.