Gündəlik addım hədəfinə uzun gəzintilərlə çatmaq daha faydalıdır - Araşdırma

"Annals of Internal Medicine” jurnalında dərc olunan araşdırmaya görə, gündəlik addım sayını uzunmüddətli gəzintilərlə tamamlayan şəxslərdə ürək-damar xəstəlikləri riski daha aşağı ola bilər.

Sherg.az xəbər verir ki, tədqiqat çərçivəsində gündə 8 min addımdan az atan, 40–79 yaş aralığında olan 33 min 560 nəfərin sağlamlıq vəziyyəti təxminən 9 il ərzində izlənilib. İştirakçılar gəzinti müddətinə görə 5 dəqiqə, 5–10 dəqiqə, 10–15 dəqiqə və 15 dəqiqədən çox gəzənlər olmaqla qruplara bölünüb.

Nəticələrə əsasən, 15 dəqiqədən uzun fasiləsiz gəzintilər edən şəxslərdə, eyni addım sayına qısa, lakin tez-tez gəzintilərlə çatanlara nisbətən ürək-damar xəstəlikləri riski daha az müşahidə olunub.

Araşdırma müəlliflərindən Borxa del Pozo Kruz bildirib ki, qısa gəzintilər faydasız deyil, lakin gündəlik addım hədəfinə uzun gəzintilərlə çatmaq daha effektiv ola bilər.