
Günvurma yalnız fiziki narahatlıq deyil, kəskin tibbi haldır -Pediatr
Yusif Nəzərli
12:44 27.07.2025
Sağlamlıq
417
Uşaqda bu əlamətlər müşahidə olunarsa, dərhal bədən temperaturu aşağı salınmalı və təcili tibbi yardım çağırılmalıdır
Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb.
Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”.
Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.
Mütəxəssislər isə qeyd edir ki, yay aylarında müşahidə olunan uşaqlarda iştahsızlıq, halsızlıq, qızdırma və davranış dəyişiklikləri valideynlər tərəfindən tez-tez infeksiyalarla əlaqələndirilsə də, bu simptomlar çox vaxt günvurma fonunda da inkişaf edə bilər. Xüsusilə 5 yaşadək uşaqların istilik tənzimləmə sistemləri yetkinləşməmiş olduğundan, onların orqanizmi yüksək temperatur və günəş şüalarına qarşı daha həssas və müdafiəsiz olur.
Pediatr Kənan Qarayev isə Sherg.az-a açıqlamasında deyib ki, günvurma yalnız fiziki narahatlıq deyil, beyin və digər həyati orqanlarda geri dönməz zədələrə səbəb ola biləcək kəskin tibbi haldır. Bu səbəblə yay aylarında uşaqlarda iştahsızlıq və temperatur artımı müşahidə edilərkən, ilk növbədə günvurma ehtimalı nəzərdən keçirilməlidir. Valideynlərin bu məsələdə maariflənməsi və profilaktik tədbirləri vaxtında həyata keçirməsi, uşaqların yay fəsli ərzində sağlam və təhlükəsiz qalmasının əsas şərtidir:

"Günvurma bədənin daxili istilik balansının pozulması nəticəsində hipertermiya vəziyyətidir. Orqanizmin istiliyi tənzimləmək mexanizmləri effektini itirdikdə, orqan və toxumalarda zədələnmələr baş verir. Bu proses xüsusilə beyin və sinir sistemi üçün təhlükəlidir. Klinik əlamətlərinə həddindən artıq hərarət, dəridə qızartı və ya quruluq, ürək döyüntüsündə sürətlənmə, halsızlıq, şüur bulanıqlığı, başgicəllənmə, qusma, bəzən bayılma daxildir. Bu simptomlar birlikdə və ya tək-tək müşahidə oluna bilər. Gecikmiş müdaxilə hallarında orqan çatışmazlığı və həyat üçün təhlükə mümkündür”.
Günvurmadan qorunmaq üçün profilaktik yanaşma sərgiləyən pediatr qeyd edib ki, günorta saatlarında (11:00–17:00) açıq havada qalmamaq, yüngül, nəfəsalan geyimlər və gün qoruyucu başlıqdan istifadə etmək vacibdir:
"Maye balansının qorunması – gündəlik su qəbulu artırılmalı, sərin və hava dövranı olan mühitdə qalınmalıdır. Uşaqları bağlanmış və ya hərəkətsiz nəqliyyat vasitələrində buraxmaq həyati təhlükə yaradır. Qeyd edim ki, günvurma sadəcə yay halsızlığı deyil, kəskin tibbi vəziyyətdir. Uşağınızda bu əlamətlər müşahidə olunarsa, dərhal sərin mühit təmin edilməli, bədən temperaturu salınmalı və təcili tibbi yardım çağırılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə