Hamamda bunları saxlamaq olmaz! - Hər evdə edilən səhvlər
Yusif Nəzərli
01:33 17.01.2025
Sağlamlıq
550
Gigiyena sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir.
Medicina.az bildirir ki, gigiyenamız üçün hamam isə olduqca vacib yerdir. Hamamda yaranan nəmli və rütubətli şəraitə görə oranı nə qədər təmizləsək də, istənilən təmizliyi əldə etmək çətindir. Buna görə də gigiyenik əşyaları hamamda saxlamaq ən böyük səhvlərdən biridir.
Diş fırçası
Adətən diş fırçasını hamada saxlayırıq. Bu ən böyük səhvlərdəndir. Çünki hamamın istiliyi, rütubəti mikrob və daha zərərli bakteriyaların çoxalmasına şərait yaradır.
Dərman
Bəzi insanlara görə, dərman saxlamaq üçün uyğun yer məhz hamamdır. Lakin buda ən zərərli üsuldur.
Makyaj vasitələri
Həblərdə olduğu kimi hamamın rütubəti makiaj vasitələrinə də təsir edir. Makyaj vasitələri əgər hamamda saxlansa birbaşa mikrob qaynağı olur. Bildirilir ki, bütün bunların qarşısını almaq üçün ən yaxşı üsul fırça və süngəri tez-tez yumaqdır. Makiaj vasitələrinin təmizliyindən əmin oluduqdan sonra yataq otağınızda saxlamağınız məsləhətlidir.
Ətir
Bədən spreyləri və sevimli ətirlərimizə qədər bütün qoxular yavaş-yavaş yox olur. Qoxular istilik və nəmə məruz qalanda isə molekulyar pozulma baş verir.nəticədə sevdiyimiz ətirlər getdikcə tündləşir.
Üz qırxan
Uzun müddət rütubətə məruz qalan üzqırxanların bıçaqları korlanır. Kəsmə qabiliyyəti tamamilə itir. Rütubətli hava şəraiti metalın paslanmasına səbəb olur. Üzqırxandan daha çox istifadə etmək istəyirsinizsə hər istifadədən sonra yuyun. Həmçinin rütubətin daha az olduğu yerdə saxlayın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya
Göy məscid məsələsi UNESCO-ya çıxarılmalıdır - Novella Cəfəroğlu
15:23 13.11.2026
Aktual
Növbəti həftədən beşgünlük payız tətili başlayacaq
15:03 13.11.2026
Cəmiyyət
Ukrayna Samaraya dron zərbəsi endirib, 4 nəfər ölüb
14:41 13.11.2026
Dünya
Rəqəmsal hüquqlar da əsas sənəddə əksini tapmalıdır
14:33 13.11.2026
Gündəm
SEPAH: Xameneinin qisası alınmadan müharibə bitməyəcək
14:14 13.11.2026
Gündəm
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub
13:51 13.11.2026
Hadisə
"Qalatasaray” Batrakovun müqaviləsində dəyişiklik edir
13:47 13.11.2026
Futbol
Naxçıvanda şəhidin atası və anası qəzaya düşüb - FOTO
12:20 13.11.2026
Hadisə