Hamilə qadınlar bunları qətiyyən etməsinlər ! – Təhlükəlidir !
Fidan Həmişəyeva
13:18 03.09.2020
Sağlamlıq
2875
“Dırnaq, kiprik qaynağı, permanent makiyaj və tatu çox təhlükəlidir”
“Südvermə ərəfəsində botoks, gialuron iynələri, mezoterapiya kimi prosedurlar olmaz”
Ana olmağa hazırlaşan xanımları ən çox düşündürən məqamlardan biri hamiləlikdə özünəqulluq prosedurlarının ziyanlı olub-olmamasıdır. Əslində hamiləlik xəstəlik deyil, təbii fizioloji prosesdir. Bu səbəbdən həkimlər hamiləlik zamanı qadınlara aktiv olmağı tövsiyə edirlər.
Lakin hamiləlik zamanı bəzi qadağalar mövcuddur. Həmin qadağalardan biri, bəlkə də, ən vacibi dırnaq qaynağı və kosmetoloji prosedurlardır. Hamiləlikdə hormonlar kəskin dəyişdiyi üçün belə baxımların edilməsi çox təhlükəli ola bilər.
Hamiləlik dövründə qadının dırnaq, dəri və saçlarında etdiyi hər bir kimyəvi prosedur bətndəki körpəyə təsir edir. Bu həssas dövrdə çoxlarının “zərərsizdir” düşündüyü gözəllik və baxım prosedurları bəzi fəsadlara yol açır. Həkimlər hamiləlikdə ən təhlükəli dövrlərin 2-3-cü həftələr, 8-12, 18-22, 28-32-ci həftələrdə olduğunu söyləyirlər.
Cərrah mama-ginekoloq Ramilə Abbaszadə “Sherg.az”a açıqlamasına görə, qadın öncə başa düşməlidir ki, həyatına yalnız özü cavabdehdir.
Həkim bildirib ki, hamiləlik və südvermə ərəfəsində botoks, gialuron iynələri, mezoterapiya kimi prosedurlar qəti olmaz:
“Kosmetoloqların vədlərinə inanmayın. Botulotoksinin istifadəsi dölün qüsurlu doğulmasına səbəb ola bilər. Gözəllik iynələrində olan maddələr qana keçərək, ciftlə dölə keçir. Bu isə infeksya və viruslardan da acı nəticələr verir.
Şellak gel, dırnaq qaynağı da hamiləlikdə çox risklidir. Kəskin qoxu, kimyəvi buxarlanma allergiya, bronxial astma və digər fəsadlar verir. Dırnaq dibindən infeksiya keçmə ehtimalı da var”.
Ginekoloq kiprik qaynağının da fəsadlara yol açma ehtimalını qeyd etdi:
“Fizioterapiya, isti bürünmələr hamiləlik zamanı problem yarada bilər. Ginekoloqsuz heç bir prosedur olmaz. Əks təqdirdə təzyiq qalxa bilər, şişkinlik yaranar, tonus artar və hamiləlik pozular.
Permanent makiyaj və tatu, döymə kimi prosedurlar zamanı ağrıkəsicilər istifadə olunur. Bu da uşaqlığın tonusunu artırır. Döymə zamanı istifadə edilən rəng dərinliyə yeridildiyindən plasentaya çatır.
Saçların kimyəvi boyalarla rənglənməsi də əsləhət görülmür. Bəziləri bunu qulaqardına vururlar. Bir çox boyalarda ammiak var. Ammiak allergiya verir, nəfəs yollarında problem yaradır. Hamiləlikdə eko boya və xınalardan istifadə etmək daha məsləhətlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
17:35 23.06.2026
Hadisə
İranda banklara növbəti kiberhücum olub
17:23 23.06.2026
Region
“Birbaşa dialoq bitdi, risk artdı” - Ekspert
17:20 23.06.2026
Gündəm