Hamilə qadınların nəzərinə ! - Qıcolmalar niyə yaranır və necə qurtulmaq olar? - İZAH
Fidan Həmişəyeva
11:53 02.09.2020
Sağlamlıq
1157
Orqanizmdə təxminən 640 əzələ var. Onlar gün ərzində dəfələrlə yığılıb açılır. Əzələ qıcolması tez-tez rast gəlinən problemlərdən biridir. Bu zaman güclü ağrı ilə müşayiət olunan əzələlər qeyri-iradi olaraq yığılır.
Qıcolmalar adətən iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir.
Gecə qıcolmaları çox yayılmış simptomlardan biridir. Bu zaman qıcolma çox ağrılı olub hətta insanın yuxusunu poza bilər. Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.
Qıcolmaların yaranma səbəblərinə dair “Sherg.az”a danışan həkim-nevroloq Günel Ümid bildirib ki, qıcolmalar bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Nevroloq qeyd edib ki, əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur:
“Bədən temperaturunun yüksək olması febril qıcolmalar adlanır. Ümumiyyətlə, başın travması, maddələr mübadiləsinin pozğunluqları, yəni qanda kalsium, kalium, maqnezium elementlərinin azalması qıcolmanın baş turması üçün əsas səbəbdir. Tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar, bədənin həddindən artıq qızması da qıcolma yaradır. Əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya-qorxu, qəzəb, sevinc qıcolmalara səbəb ola bilər”.
G.Ümid vurğulayıb ki, çox vaxt hamilə qadınlarda da qıcolmadan əziyyət çəkir:
“Çox vaxt qıcolmalar gələcək ananı hamiləliyin ilk aylarında, tez-tez təkrarlanan qusmalar fonunda narahat etməyə başlayır. Bud əzələlərinin və ya əl pəncəsi əzələlərinin ürpəşmiş şəkildə yığılmaları adətən gecə və ya yuxuya getmə zamanı baş verir. Lakin onlar gündüz də əmələ gələ bilər.
Məsələn, qadın istirahət etmək üçün oturduqda və ya uzandıqda. Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda mütləq həkimə müraciət etmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
18:30 23.06.2026
Dünya
Livan Prezidenti: İsrailin heç bir şərtini qəbul etməyəcəyik
18:16 23.06.2026
Dünya
Polşa Baş naziri: Ölkədə anti-Ukrayna ab-havası hökm sürür
17:57 23.06.2026
Dünya
Zelenski Polşaya səfərdən imtina etdi
17:49 23.06.2026
Dünya
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
17:35 23.06.2026
Hadisə
İranda banklara növbəti kiberhücum olub
17:23 23.06.2026
Region
“Birbaşa dialoq bitdi, risk artdı” - Ekspert
17:20 23.06.2026
Gündəm