Harvardlı alimlərdən xəbərdarlıq: Kartofu bu şəkildə yemək şəkər xəstəliyi riskini artırır
13:34 08.08.2025
Sağlamlıq
392
ABŞ-lı alimlərin apardığı yeni bir araşdırmaya görə, kartofu qızardılmış halda yemək tip 2 diabet riskini artırır. Bişmiş (haşlanmış) kartofda isə belə bir təsir müşahidə olunmayıb.
Sherg.az xəbər verir ki, “British Medical Journal” jurnalında dərc olunan araşdırmada, 40 il ərzində təxminən 200 min ABŞ-lı tibb işçisinin qidalanma vərdişləri izlənib. Bu müddət ərzində 22 min nəfərə tip 2 diabet diaqnozu qoyulub.
“Mirror” qəzetinin məlumatına görə, sobada bişmiş və ya haşlanmış kartofun çox miqdarda yeyilməsi diabet riskini artırmır, amma qızardılmış kartof istehlakı risklə birbaşa əlaqələndirilir. Həftədə ən az üç porsiya qızardılmış kartof yeyənlərdə tip 2 diabet riski 20%, bu miqdarı həftədə beş porsiyaya çıxaranlarda isə risk 27% artır.
Araşdırmada iştirak edən mütəxəssislər bu fərqin əsas səbəbini bişirmə üsulu ilə izah edirlər. Qızardılmış kartof əvvəlcə nazik zolaqlar şəklində kəsilir, sonra yağda qızardılır. Adətən daha xırtıldayan olması üçün öncədən yağda haşlanır və bəzi qatqı maddələri ilə rəngi qorunur. Bu proseslər kartofu “ultra emal olunmuş” qidaya çevirir.
Araşdırma həmçinin göstərib ki, həftədə üç porsiya kartofu tam taxıllarla (qəhvəyi düyü, tam buğda çörəyi, yulaf, arpa, kinoa, qarabaşaq) əvəzləmək diabet riskini 8% azalda bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə