Həddən çox qida qəbul edirsiniz, lakin çəkiniz azalır? – Bu xəstəlikdən əziyyət çəkirsiniz !
Şəymən Bayramova
11:43 05.09.2020
Sağlamlıq
1735
"Uzun müddət ərzində inkişaf edən və aşkar olunmayan şəkərli diabet müxtəlif ağır fəsadlara, o cümlədə diabetik komaya, səbəb ola bilər".
Bu sözləri "Sherg.az"a həkim endokrinoloq Arzu Əyyubova deyib. Onun sözlərinə görə, xəstəliyin ilk simptomlarını hər bir insan bilməli və özündə bu simptomları müşahidə etdikdə, dərhal endokrinoloqa müraciət etməlidir.
Şəkərli diabetin ilk simptomlarına gəldikdə isə endokrinoloq deyib ki, bu xəstəliyin daşıyıcıları ağızda daim quruluq hiss edir və susuzluqdan əziyyət çəkir, gün ərzində 3-5 litr və daha artıq maye qəbul edir. Daha tez-tez sidik ifraz edirlər:
"Bəzi insanlarda iştaha kəskin şəkildə artır. Onlar həddən artıq çox qida qəbul etməyə başlayır, lakin onların çəkisi artmır, əksinə azalır.
Xəstənin dərisi qaşınır. O tez yorulur və yuxululuq hiss edir. Görmə qabiliyyəti də birdən-birə azalır. Bu simptomlar olmasa belə 40 yaşına çatmış hər bir insan 1 ildə 2 dəfə qanda şəkərin səviyyəsini profilaktik olaraq yoxlamalıdır. Bu xəstəliyin erkən aşkar olunmasına kömək edir".
Şəkərli diabet xəstələrinin fasiləsiz olaraq öz xəstəliklərinə nəzarət etməsinin vacibliyinə diqqət çəkən A. Əyyubovanın fikrincə bu xəstəliyin müalicəsi böyük məsuliyyət tələb edir:
"Qanda qlükozanın səviyyəsinin sürətlə və əhəmiyyətli dərəcədə azalmasına və ya maddələr mübadiləsinin pozulmasına nəzarət etmək üçün qlükozanın səviyyəsi daimi nəzarətdə saxlanılmalıdır.
Qanda şəkəri yoxlamaq ilə qan qlükozasının kəskin artımını, ağır, həyati təhlükəli metabolik və ya qan qlükozasının sürətli və əhəmiyyətli dərəcədə azaldılmasının vaxtında tanımaq və qarşısını almaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Yamaykanı təbrik etdi
18:53 06.08.2026
Siyasət
Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər
18:39 06.08.2026
Dünya
Sosial şəbəkələr neytral deyil - Siyasi şərhçi
18:39 06.08.2026
Texnologiya
6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
18:26 06.08.2026
İnfrastruktur
AZAL-da dəyişikliklər müsbət siqnaldır - Natiq Cəfərli
18:19 06.08.2026
Aktual
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm