
Həkim-infeksionist: Bu qorxunc virusun hələ adı yoxdur
Yusif Nəzərli
07:29 07.01.2025
Sağlamlıq
568
Bəzi hallarda qrip ciddi xəstəliklərə səbəb olur
Son günlər Azərbaycanda qorxunc virus növü yayılıb. Bu virus adətən sümük ağrısı ilə müşahidə olunur və davamlı olaraq dərman tələb edir. Məhz bu infeksiya tam olaraq nə qripin, nə də COVID-19-un əlamətlərini daşımadığı üçün yeni virus olduğu düşünülür.
Mütəxəssislər isə ölkədə epidemioloji vəziyyətin qarışıq olduğunu, pnevmoniya ağırlaşmalarının çoxaldığını qeyd edirlər. Bildirilir ki, pnevmoniya ağırlaşmaları infeksiyanın tənəffüs sisteminə və bədənə təsirini artıra bilər.
Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az"a açıqlamasında deyib ki, yayılan virus kəskin respirator virus infeksiyalarının növlərindən biridir:

"Yuxarı tənəffüs yollarının kəskin iltihabını yaradan virus infeksiyaları 200-ə qədər virus törədir. Hazırda yayılan xəstəliyin hansı virus növünü öyrənmək üçün də mütləq analiz verilməlidir.
Lakin xəstəliyə yoluxan insanlarda müşahidə edilən əlamətlər fonunda deyə bilərəm ki, simptomlar qrip virusuna daha çox uyğun gəlir.
Bildiyiniz kimi, qrip virusu əhali arasında hər il geniş yayılan bir xəstəlikdir. Bu virus əsasən hava yolu ilə yayılması və insanlardan insana keçməsi ilə tanınır. Qripin əlamətləri arasında yüksək hərarət, boğaz ağrısı, öskürək, əzələlərdə ağrı və halsızlıq yer alır. Qripin yayılması, xüsusilə qış aylarında daha çox olur. Çünki insanlar daha çox qapalı məkanlarda bir araya gəlirlər. İmmuniteti zəif olanlar, yaşlılar və uşaqlar qripdən daha çox təsirlənə bilərlər. Bəzi hallarda qrip ciddi xəstəliklərə, hətta ölümlərə səbəb olur".
Kəskin respirator virus infeksiyalarının daha çox payız və qış aylarında artdığını xatırladan infeksionist sürətli yayılmalarda artımın da təbii olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu xəstəliklər 5 yaşdan aşağı uşaqlarda və yaşı 65-dən çox olan şəxslərdə daha ağır keçir:
"Digər qruplarda ağırlaşmalar çox müşahidə olunmur. Belə xəstəliklərə yoluxanda ev şəraitində olmaq, çoxlu maye qəbul etmək, yalnız qızdırma 38 dərəcəni aşarsa, dərman qəbul etmək lazımdır. Bunlara riayət edəndə adətən ağırlaşamalar çox müşahidə edilmir. Riayət etmədikdə, təbii ki, immun sistemi zəif olan şəxslərdə ağırlaşmalar müşahidə oluna bilir. Burada da ən çox ağırlaşma pnevmoniyadır. Virus yuxarı tənəffüs yollarından aşağıya, ağciyərə daxil olur. Pnevmoniya yaradır. O da çox ağır prosesdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm