Həkim terapevt: "Qaydalara daha ciddi əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir”
14:28 08.11.2020
Sağlamlıq
807
”Yeni növ koronavirus da, mövsümü qrip də yuxarı və aşağı tənəffüs yolları xəstəliyidir. Bunlar fərqli viruslar olsa da, temperatur, öskürək, tənəffüs çatışmazlığı, qızdırma, halsızlıq, boğaz ağrısı kimi kliniki əlamətlərə görə oxşardır və hər iki xəstəlikdə ağciyərin tutulması baş verir. Lakin yeni növ koronavirus üçün xarakterik olan əlamət iybilmə və dadbilmə hissinin itməsidir. Bu iki əlamətin olması koronavirus infeksiyasından şübhələnməyə əsas verir. Ona görə də yalnız klinik əlamətlərə görə dəqiq diaqnoz qoyula bilməz, çünki yoluxma halı laboratoriya şəraitində alınan yaxmanın mikrobioloji analizi nəticəsində təsdiq edilə bilər”.
Bu sözləri həkim terapevt Qətibə İsayeva deyib. Q.İsayeva payız mövsümü tənəffüs yolu infeksiyalarının artmasını mövsümə uyğun geyinməmək, qapalı məkanlardan daha çox istifadə etmək və belə şəraitdə infeksiyanın ötürücülük şəraitinin və təmasların çoxalması ilə əlaqələndirib:
"Ona görə də karantin rejimi yumşaldılanda da həmişə qoruyucu tədbirləri zəiflətməmək barədə xəbərdarlıq edirdik. Hansısa bir dərmandan istifadə etməklə koronavirusdan qorunmaq olmaz. Hələlik peyvənd də tam təsdiq edilməyib, ona görə preventiv tədbirlər vasitəsilə özümüzü qorumalıyıq. Maska taxılması, sosial məsafə saxlanılması, antiseptik vasitələrdən istifadə edilməsi və gigiyena qaydalarına əməl edilməsi təkcə COVID-19 üçün deyil, digər respirator infeksiyalar üçün də vacibdir”.
Q.İsayeva əlavə edib ki, ölkəmiz bir aydır, haqq savaşındadır. Xalqımızın diqqəti əsasən, bu savaşa yönəldiyinə görə infeksiyaya qarşı mübarizə bir qədər arxa plana keçib:
"Bəzi hallarda bu səbəbdən sayıqlıq hissi bir qədər zəiflədi və bundan istifadə edən koronavirus infeksiyası yayılmaqda davam etdi. Əlbəttə, yalnız tədbirli davranmaqla təhlükəli virusun qarşısını almaq mümkündür. Ona görə də indiki vaxtda qaydalara daha ciddi əməl etmək lazımdır, çünki bu sahədə sayıqlığın itirilməsi orduya, zabit və əsgərlərə də sirayət edə bilər. Bunu nəzərə alaraq qaydalara daha ciddi əməl etmək hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual