Hər gün şorba yemək vacibdir?

Birinci yemək kimi sulu yemək vərdişi, mədəyə mütləq şorba lazımdır inancı ənənəsi hələ də müzakirə mövzusudur.

Medicina.az xəbər verir ki, qastroenteroloq Aksana Taşmatova hər gün şorba yemək ənənəsinin səbəbi barədə danışıb.

Şorba insan pəhrizinin vacib bir hissəsidir. Sadələrindən tutmuş qatı, zəngin və delicates şirbalara qədər dünyanın bir çox mətbəxində ənənəvi yeməkdir.

Şorbalar "birinci yeməklər" adlanır və həm gündəlik, həm də bayram menyularında istifadə olunur. Onlar mədə-bağırsaq xəstəlikləri üçün bir çox yumşaq terapevtik pəhrizlərin əsasını təşkil edir, uşaq menyuları və yaşlılar üçün idealdır.

XVI əsrdə Fransa küçələrində mədəni "bərpa etmək" üçün çörəyin isladılıb satıldığı ucuz şorbaları əsasən aşağı təbəqədən olan insanlar alır və yeyirdilər.

Soyuq havada isti qaymaqlı şorba, isti günlərdə çuğundur şorbası və ya tərəvəz ovduxu (lif mənbəyi kimi), eləcə də dənli bitkilərin əlavə olunduğu şorbalar (həzm olunan karbohidratlar və zülal mənbələri kimi - toyuq, balıq və ya ət porsiyası ilə) sadəcə gözəldir, lakin mütləq vacib deyil.

Bəli, sağlam qidalanma baxımından, yeməyə salatlar, qəlyanaltılar və şorbalar kimi yüngül yeməklərlə başlamaq daha uyğundur, çünki bu yeməklər mədə-bağırsaq traktını bərk ikinci yemək kimi yükləmir.

Düzgün hazırlanmış şorba tərkibində zülallar, yağlar və karbohidratlar, eləcə də vitaminlər, minerallar və lif balanslaşdırılmış şəkildə mövcuddur.

Bununla belə, əksər faydalı mikro və makroelementlərin bişirmə prosesi zamanı məhv ola biləcəyini anlamaq vacibdir. Beləliklə, "gündə bir dəfə şorba yeməlisiniz" fikri həqiqətdən daha çox mifdir.

Hər gün şorba yeyib-içməməyimiz, nəticə etibarilə, şorbaları necə hazırlamağımızdan, dad seçimlərimizdən və yemək vərdişlərimizdən asılıdır və sağlamlıq üçün bu elə də vacib deyil.