Hər kəsin əlində uzun bir dərman siyahısı...
Məlahət Rzayeva
11:02 19.12.2020
Sağlamlıq
859
Bu günlərdə ən böyük yoluxma mənbəyi apteklərdir
"Biz də insanları vaksinə inandırmalıyıq. Əksini düşünənlər bu xalqa düşmənçi lik edir"
Koronavirusa yoluxmada panika, stres öldürücü ola blər. Ümumiyyətlə, mütəxəssislər insanlara hər hansı xəstəliyə tutulma zamanı həyəcan və təşvişdən uzaq olmağı tövsiyə edirlər. Bu tövsiyə eynilə koronavirusa da aiddir. Payız mövsümü başlanandan ölkə əhalisinin immunitet gücləndirici preparatlara aludə olduğu, vitamin C və başqa immunyüksəldici dərmanlar qarışığı sistemlər köçürməyə çalışdıqları görünür. Pandemiyanın ilk vaxtlarında əhali arasında koronavirusa olan inamsızlıq hazırda böyük ölçüdə panika ilə əvəzlənib. İnsanlar lazım oldu-olmadı vitaminlər qbul edir, iynə vurdurur, sistem köçürdür. Tibb sahəsinin mütəxəssisləri isə bunun ziyanlı olduğunu, lazımsız yerə dərmanlarla yüklənmənin orqanizmi zəiflətdiyini bildirirlər. Amma əhali sanki deyilənləri eşitmir, tövsiyələrə, məsləhətlərə duyarsız qalır. Pediatr Vaqif Qarayev sosial şəbəkə vasitəsilə yenə vətəndaşlara müraciət edib.
“COVİD 19”la bağlı mütəxəssislər deyir, panikaya düşməyin! Koronavirusa yoluxub müəyyən təcrübəsi olanlar da deyir, panikaya düşməyin! Düz deyirlər! Panika, təşviş, həyəcan immun sistemi zədələyir, zəiflədir. Xəstəliyin daha ağır keçməsinə zəmin yaradır”.
“Şərq”ə açıqlamasında V.Qarayev sosial şəbəkədə paylaşdığının üzərində bir daha dayanaraq qeyd edib ki, hazırda ən çox yoluxma mənbəyi apteklərdir:
- Hər kəsin əlində uzun bir siyahı. Kim deyib axı, hamıya sistem köçürülməlidir?! Belə qıra bilməyəcəyik yoluxma zəncirini. Şükür, avtobuslarda seyrəklikdi. Amma apteklərdə kifayət qədər sıxlıqdır. İnsanları qınamaq fikrim yoxdur. Panikanın əsirinə çevrilib əksəriyyət. Hər kəs öz başına çarə axtarır. Düzgün deyil.
V.Qarayev bir qrup insanın sanki “kəşfiyyatçı” kimi bəd xəbər axtarışında olduğunu da təəssüflə qeyd etdi:
"Fürsət düşən kimi həyəcan doğuracaq xəbərlər paylaşırlar. Etməyin! Etməməklə başqasının əsəb sistemini qorumuş olursunuz!”
Həkim qeyd edir ki, hazırda bütün dünya ümidini vaksinə bağlayıb.
Bizə yaxın və uzaq ölkələrdə peyvəndləmə başlayır. Avropa İttifaqı da vaksinasiyaya başlamaq haqqında qərar verib. Bu gün bu bəladan qurtulmağın başqa yolu yoxdur. Biz də insanları vaksinə inandırmalıyıq. Əksini düşünənlər bu xalqa düşmənçilik edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual