
İdman zalları ayaq yolundan daha çox mikrob daşıyır
01:11 18.09.2025
Sağlamlıq
442
Professor Adil Qeybulla deyib ki, burada infeksion xəstəliklərin yayılma riski kifayət qədər yüksəkdir
Havaların soyuması ilə insanların açıq havadan qapalı idman zallarına üz tutması yoluxucu xəstəliklərin yayılma riskini artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, düzgün təmizlik və dezinfeksiya tədbirləri görülmədikdə idman zalı ayaq yolundan daha çox mikrob daşıya bilər. "FitRated"in ABŞ-də apardığı araşdırmaya görə, trenajorların hər kvadrat düyümündə bir milyondan çox mikrob mövcuddur. Ən çox çirklənən hissələr isə məhz əllə təmas edilən yerlər – tutacaqlar, oturacaqlar, yastıqcıqlar və çəkilərdir.
Mütəxəssislər bildirirlər ki, hər bir zal üzvlərə dezinfeksiyaedici salfetlər təqdim etməli, onların istifadə edilən avadanlığı məşqdən əvvəl və sonra silməsini təşviq etməlidir. Salfetlərin tərkibində mikrobları öldürən maddələrin olması vacibdir. Əlavə olaraq, avadanlıq xüsusi idman zalı təmizləyiciləri ilə gündəlik şəkildə dezinfeksiya olunmalıdır.

Professor Adil Qeybulla Sherg.az açıqlamasında deyib ki, idman zalları qapalı məkan olduğundan burada infeksion xəstəliklərin yayılma riski kifayət qədər yüksəkdir. Onun sözlərinə görə, ümumi istifadə edilən avadanlıqlar, ayaq geyimləri, duş otaqlarının lazımi qədər dezinfeksiya olunmaması bu riski daha da artırır:
“Xüsusilə tənəffüs yolu ilə ötürülən infeksiyalar belə məkanlarda sürətlə yayılır. Buraya qrip, COVID, müxtəlif respirator viruslar, rinovirus, parainfluenza və influenza daxildir. İnsanların sıx şəkildə bir arada olması yoluxma ehtimalını xeyli yüksəldir".
Professor əlavə edib ki, xəstəliklərin yalnız hava-damcı yolu ilə deyil, həm də alətlərlə təmas nəticəsində keçməsi mümkündür:
“Əgər asqırdıqdan və ya öskürdükdən sonra əlimizi yumaq qaydasına əməl etmiriksə, həmin mikrobları idman alətlərinə ötürürük. Təmizlik lazımi səviyyədə aparılmadıqda bu yoluxucu agentlər başqalarına da keçə bilər”.
A.Qeybullanın sözlərinə görə, idman zallarında ən çox rast gəlinən problemlərdən biri də göbələk infeksiyalarıdır: “İdman zamanı dəridə mikroçatlaqlar əmələ gəlir, tərlə birlikdə bu, mikrobların daxil olması üçün əlverişli şərait yaradır. Xüsusilə də bədən nəm qaldıqda və ya duş otaqlarında ayaqyalın gəzdikdə göbələk infeksiyalarına yoluxma riski xeyli artır”.
Professor vətəndaşlara idmandan sonra mütləq duş qəbul etməyi, avadanlıqların üzərinə şəxsi dəsmal sərməyi, duş otaqlarında ayaqyalın gəzməməyi tövsiyə edir. Onun fikrincə, idman zallarında gündəlik dezinfeksiya işləri aparılmalı, istifadəçi sayına uyğun olaraq avadanlıqlar tez-tez təmizlənməli, havalandırma sistemi isə daim işlək vəziyyətdə saxlanmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm
Hərbi xidmət: 6 ay, ödənişli, həm də... - Mühüm
14:13 16.09.2026
Aktual
Sumqayıtda dənizdə meyit tapıldı
14:06 16.09.2026
Hadisə
Putin Dumaya seçkilərlə bağlı Rusiya vətəndaşlarına müraciət edəcək
14:04 16.09.2026
Dünya
Rusiyanın Su-24 təyyarəsi məhv edildi
14:02 16.09.2026
Dünya
Livan Prezidenti: İsraillə razılaşmaq istəyirik
13:53 16.09.2026
Dünya
Abbas Əraqçi: ABŞ ilə münaqişəni davam etdirmək istəmirik
13:38 16.09.2026
Gündəm