İlan qabığından dərman düzəldirlər
Yusif Nəzərli
23:14 09.07.2025
Sağlamlıq
418
Zooparkın qapısında növbə çəkirlər
Türkiyənin Antalya bölgəsindəki Vəhşi Təbiət Parkında ölkəyə qeyri-qanuni yolla gətirilən pitonlar da daxil olmaqla müxtəlif ilan növlərinə qulluq edilir və müşahidə altında saxlanılır. Parkın baytar həkimi Oğulcan Dəmir hazırda ilanların dərisini dəyişmə - qabıqqoyma dövrü olduğunu deyib.
Sherg.az “Milliyet.com.tr”yə istinadən bildirir ki, ilanların qabıq qoyması prosesi ağız və sinə ətrafından başlayıb quyruğa doğru irəliləyir. “Bu proses ilanın sağlam olmasından xəbər verir. Bu, orta hesabla 15-30 gün çəkir”, deyən O.Dəmir parkda 3 növdən təxminən 20 ilanın olduğunu bildirib. O.Dəmir, "ən yaşlı ilanımız 25, ən kiçiyi isə 3 aylıqdır. İlanlara həftəlik qida verilir, təbii yaşayış mühitinə uyğun temperatur və rütubət səviyyəsini qoruyuruq" deyib. Dəmir, ilan dərisinə böyük tələbatın olduğunu qeyd edərək, "bəzi dermatoloqlar ilan dərisinin sedef və ekzema kimi dəri xəstəliklərinin müalicəsində istifadə edildiyini bildirir. Bəzi vətəndaşlar ilanın qoyduğu qabığı əldə etmək üçün bura gəlir. Ancaq bizim belə bir paylama siyasətimiz yoxdur. Onları yalnız parkda nümayiş etdirmək üçün istifadə edirik" deyib.
Akdeniz Universiteti Ədəbiyyat fakültəsinin professoru Zəkəriyya Karadavut ilanın türk mifologiyasındakı simvolik əhəmiyyətini vurğulayaraq, "İlan həm yaxşılığın, həm də şərin simvoludur. Onun qabıq qoyması, dərisinin tökülməsi yenidən doğuluşu, dolayısıyla da ölümsüzlüyü ifadə edir. Bu baxımdan insanlar bilavasitə ilan qabığından istifadə etməyə çalışırlar", deyib. Z.Karadavut qeyd edib ki, əvvəllər ilan dərisindən dərman məqsədləri üçün geniş istifadə edilib: "qabıq toz halına salınaraq ondan həb və ya məlhəm düzəldiblər. Xüsusilə saç tökülməsinə, sədəf xəstəliyinə və yaralara faydalı olduğu düşünülür. İlan yağı da zeytun yağı və kəklikotu yağı kimi təbii məhsullarla qarışdırıldıqda məlhəm əmələ gətirir. İlan zəhəri, ilan yağı və dərisi ilə bağlı indi həm ənənəvi, həm də müasir müalicə üsullarından istifadə edilir. İlanın mifoloji və mədəni dəyərini kommersiya məhsulu halına gətiririk. Bu gün ilan yağı məhsullarına çox rast gəlinir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya