Uşaqlara fərqlilikləri tanıtmaq məqsədilə ilk otizmli Barbie kuklası bazara təqdim olunur.
Sherg.az xəbər verir ki, 2023-cü ildə rekordlar qıran Barbie filmindən sonra kuklaların inkişafı sürətlənib. İstehsalçı şirkət Tip 1 diabetli Barbieni satışa çıxardıqdan təxminən 6 ay sonra bu dəfə otizmli Barbieni təqdim edir.
“The Guardian”ın məlumatına görə, kukla otizmli uşaqların dünyanı qavrama və ünsiyyət qurma xüsusiyyətlərini əks etdirmək üçün ABŞ-də fəaliyyət göstərən Otizmli Özünü Müdafiə Şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Otizmli Barbiedə stresi azaltmaq üçün fırlanan oyuncaq, səs-küyü azaldan qulaqcıq və ünsiyyətə kömək edən planşet yer alır.
Qeyd edək ki, Barbie kuklaları ilk dəfə 1959-cu ildə istehsal edilsə də, fərqlilikləri əks etdirən modellər yalnız 2009-cu ildən sonra təqdim olunmağa başlayıb. Hazırda isə görmə məhdudiyyətli, əlil arabasında olan, doun sindromlu və protez ayaqlı Barbie modelləri də mövcuddur.