İndi heç bir xəstəliyi olmayanlar da koronavirusa yoluxur
05:15 30.10.2020
Sağlamlıq
786
Kimdəsə hansısa əlamət varsa, birinci növbədə koronavirusun olmadığını testlə inkar etmək lazımdır
"İctimai nəqliyyatdan istifadə edən vətəndaşlar avtobusa minəndə maska taxır, oturandan sonra və ya ayaq üstə gedərkən ya maskanı çıxarırlar, ya da çənələrinin altına salırlar"
"İndi faktlar göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər. Qabaqlayıcı tədbirlərə baxmayaraq, yoluxma sürətlə davam edir. Bu hal bir sıra ölkələrdə müşahidə olunur. Bəzi vətəndaşlar məsuliyyətli, ailələrinə, yaxınlarına qarşı çox diqqətcildirlər. Qoyulan qaydalara əməl edirlər. Təəssüf ki, bir qrup vətəndaş inamsızlıq nümayiş etdirir. Onlar qoyulan qaydalara riayət etmir, evlərdə ad günləri, yas mərasimləri keçirirlər. Bu da daha çox yoluxmaya gətirib çıxarır".
Bu sözləri həkim-pulmonoloq Gülzar Əliyeva deyib. Mütəxəssis bildirib ki, bəzi tədqiqatlar koronavirusa yoluxan insanlarda sonradan ciddi fəsadların yarandığını ortaya çıxarır: "Koronavirus daha çox ağciyərləri zədələsə də, orqanizmin bütün sisteminə təsir edə bilər. Qan sisteminə, sinir sisteminə də təsir edə, orqanizmin müqavimət sistemini poza bilər. Bu virusun o qədər genişspektrli klinik simptomları var ki, hər xəstədə şablon əlamətlər müşahidə olunmur. Assimptomatik koronavirusdan ən ağırgedişli koronavirusa qədər rast gəlinir. Adi qripin, soyuqdəymənin simptomları, o cümlədən halsızlıq, tərləmə, boğaz ağrıları, əzginlik, əzələlərdə sanki döyülmə hissi, temperatur müşahidə edilə bilər. Bəzi koronaviruslu xəstələrdə temperatur müşahidə edilmir".
Həkim vurğulayıb ki, virus ilk dəfə yayılanda daha çox yaşlı əhali arasında müşahidə edilirdi:
"Əvvəllər yanaşı xəstəlikləri olanların daha çox yoluxduğunu deyirdik. Lakin indi faktlar onu göstərir ki, heç bir yanaşı xəstəliyi olmayan, sağlam insanı da virus zədələyə bilər. Bəziləri soyuqdəymə əlamətləri müşahidə olunanda koronavirusu ağıllarına belə gətirmirlər. Deyirlər bizdə adi soyuqdəymədir. Lakin gərgin epidemioloji vəziyyəti nəzərə alaraq kimdəsə hansısa əlamət varsa, birinci növbədə koronavirusun olmadığını testlə inkar etmək lazımdır. Virusun aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan etibarən yoluxucu ola bilər.
Mümkün qədər kütləvi toplanma yerlərindən uzaq durulmalıdır. Hər bir vətəndaş özü qaydalara əməl etməklə yanaşı, bunları öz yaxınlarına da təbliğ etməlidir. Məsələn, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlar avtobusa minəndə maska taxır, oturandan sonra və ya ayaq üstə gedərkən ya maskanı çıxarırlar, ya da çənələrinin altına salırlar. Sürücünün diqqəti yolda olduğundan həmin vətəndaşı görməyə bilər. Həmin şəxsə ətrafdakı vətəndaşlar irad tutmalıdırlar. İctimai qınaq olmalıdır. Çünki həmin şəxs həm özü yoluxa bilər, həm də digərlərini yoluxdura bilər.
Belə xırda görünən məsələdən çox böyük problem ortaya çıxa bilər. Ona görə də vətəndaşları daha da diqqətli olmağa çağırıram. İlk növbədə Azərbaycan Ordusunu qorumaq üçün bütün qaydalara riayət etmək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual