İndi mövsümi xəstəliklərin yayıldığı dövrdür - TERAPEVT
Yusif Nəzərli
02:11 03.04.2025
Sağlamlıq
491
Uşaqlar mütləq peyvənd olunmalı, valideynlər də peyvənd qrafikinə əməl etməlidirlər
“Hazırda 3 uşağımız xəstəxanadadı, sığınacaqda “sistem” altında olanlar da var”. Bunu “Şərq”ə açıqlamasında "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri və Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə bildirib. Qeyd edək ki, K.Ağazadə sığınacaqdakı uşaqlar arasında səhhətində problemlər yarananların olduğu barədə feysbuk səhifəsində paylaşım edib.
“Özünüzü virusdan qoruyun. 2 uşağımız xəstəxanada,6 uşağımız isə sığınacaqda müalicə alır. Daha 24 uşaq virusa namizəddir. 14 uşağımız yaxşı ki, sanatoriyadadır. Allah şəfa versin xəstələrimizə” qeyd edən K.Ağazadə uşaqların rotavirus xəstəliyinə yoluxduqlarını bildirib. “Sherg.az”a açıqlamasında K.Ağazadə qeyd etdi ki, bu gün uşaqlardan daha biri xəstəxanaya yerləşdirilib:
- Vəziyyəti digərlərinə nisbətən ağır olan uşaqlar Nizami rayonundakı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Əvvəlcə 2 uşağımız, sonra daha biri xəstəxanaya yerləşdirildi. Xəstəxanada həkim nəzarəti altında müalicələri davam edir. Sığınacaqda sistem vurulan uşaqlarımız var. Nəzarət altındadırlar. Bəzilərində işləmə-qusma, bəzilərində isə yüksək qızdırma halları müşahidə olunur. Əlavə olaraq, uşaqların bəzilərində burnundan qan açılması halları da baş verdi. Hazırda sığınacaqdakı 6 uşağın vəziyyəti orta qiymətləndirilir, müalicələr davam edir.
Sədr sığınacağın dezinfeksiya olunduğunu dedi: "İshal halı olduğundan hər ehtimala qarşı sığınacaq dezinfeksiya olunub. Sığınacaq böyük bir müəssisədir. Bir uşaq yoluxan kimi xəstəlik kütləvi hal alır. Buna görə də dezinfeksiya mütləqdir”.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ümumiyyətlə, uşaqların yerləşməsinin, gediş-gəlişinin kütləvi olduğu müəssisələr - körpələr evi, uşaq bağçası, orta məktəblər vaxtaşırı dezinfeksiya edilməli, sanitar-gigiyenik şərait daim nəzarət altında olmalıdır:
- Təəssüf ki, sanitar qovşağı təmirsiz, bərbad vəziyyətdə olan, hətta sanitar qovşağı ümumiyyətlə işləməyən tədris müəssisələri də var. Elə bir şəraitdə hansı təmizlikdən, gigiyenik təhlükəsizlikdən danışmaq olar? Təsəvvür edin ki, su gəlməyən müəssisədə uşaqlar tənəffüslərdə əlləri yuyulmadan yemək yeyirlər. Bu şəraitdə hər cür yoluxmanın baş verməsi, xəstəliyin yayılması labüddür. Uşaq müəssisələri daim nəzarət altında olmalı, mütəmadi şəkildə dezinfeksiya edilməli, sanitar qovşağın tam şəkildə fəaliyyəti təmin edilməlidir. Yeməkxana, məktəb bufetləri tər-təmiz olmalı, aşbazların, yemək paylayanların sağlamlıq haqqında tibbi arayışı olmalıdır. Uşaq qidalarının keyfiyyətinə nəzarət edilməlidir. İstifadə müddəti bitmiş ərzaqlardan istifadə edilməməlidir. Bunlar uşaqların mədə-bağırsağında problem yaradır, ishala yol açır.
Ş.Məmmədov bildirdi ki, hazırda mövsümi xəstəliklərin yayıldığı dövrdür:
- Mövsüm dəyişiklikləri dövründə xəstəliklər arta bilir. Yoluxma halları çoxalır. Söhbət iri müəssisələrdən, kütləvi toplaşma yerlərindən gedirsə, təhlükə daha realdır. Uşaqlar mütləq peyvənd olunmalı, valideynlər də peyvənd qrafikinə əməl etməlidirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual