İnsanları koronavirusdan qoruyacaq
06:34 26.11.2020
Sağlamlıq
1004
Qızıl maskanın qiyməti 20 min lirədir
Pandemiya bitdikdən sonra insanlar istəsələr onu pula çevirə biləcəklər və ya koronadan xatirə olaraq saxlayacaqlar
Türkiyəli Səbri Demirci tərəfindən dünyada ilk dəfə olaraq antibakterial qızıl və gümüş maskalar istehsal edilib.
"Şərq" Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin maskaların qiyməti 1500-20 min lirədir. Səbri Demirci 4-5 aydır ki, həmin maskalar üzərində işlədiyini deyib. O iddia edir ki, bu maskalar insanları koronavirusdan qoruyacaq: "Dünyada ilk antibakterial gümüş maskanı istehsal etdik. Təmiz 999 karatdır. Tərkibində heç bir mis və ya nikel örtük yoxdur".
Demirci gümüş maskalar sayəsində insanların mikroblardan uzaq qalacağını söyləyib: "Maskanın çəkisi 20 qramdır. Bu, insanlara mənfi təsir göstərmir. Üst və alt tərəflərində isə ipəkdən hazırlanmış bir süngər var. O süngərlər üzdə rahatlığı təmin edir. Nəfəsalma problemi yoxdur. Gümüş antibakterial olduğundan bir mikrob maksimum 5 dəqiqə yaşaya bilir. Bu, əvvəllər elm adamları tərəfindən araşdırılıb. Gümüş artıq səhiyyə sektorunda geniş istifadə olunan bir maddədir. Hazırda 300-ə yaxın maska istehsal etmişik. Həftəlik istehsalımız 150-200 civarında olacaq. Artıq bir heyət də istehsal üçün hazırdır".
"Qızıl maskanın çəkisi 25 qramdır. Qiyməti isə 20 min lirədir. Qızılın özü hazırda çox bahadır. Çəkisi 465 lirədir. Məhsulu əvvəlcə ölkədə, sonra xaricdə satacağıq. Lakin xaricdən gələn təklifləri də qiymətləndiririk. Artıq Amerikadakı şirkətlərlə də danışıqlarımız olub. Bu maskaların bir çox özəlliyi var. İlk olaraq, vətəndaşlar maskanı yuyub rahat istifadə edə bilirlər. Hər gün digər maskalardan istifadə edirik. İstifadədən sonra da hər kəs onu zibilə atır. Amma bunu atmağa ehtiyac yoxdur. Pandemiya bitdikdən sonra insanlar istəsələr onu pula çevirə biləcəklər və ya koronadan xatirə olaraq saxlayacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İordaniyada üç silahlı kilsəyə hücum etdi - 7 ölü, 12 yaralı var
18:55 23.10.2026
Gündəm
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:47 23.10.2026
Region
“Rosaviasiya”: Moskvanın hava məkanı tam bağlanıb
18:44 23.10.2026
Dünya
Bakıda tıxacları azaltmağın yolu tapıldı - Gözlənilməz təklif
18:28 23.10.2026
Aktual
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu
17:15 23.10.2026
İqtisadiyyat
İran PA: Mühasirə səbəbindən ölkənin idxalı 25 faiz azalıb
17:12 23.10.2026
Dünya
İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək
16:58 23.10.2026
Gündəm
Yasamalda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb - FOTO
16:56 23.10.2026
Hadisə
Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen
16:52 23.10.2026
Dünya
Putini təbrik edən ukraynalı deputata cinayət işi açıldı
16:39 23.10.2026
Dünya
İordaniyada kilsəyə silahlı hücum olub, 7 nəfər ölüb
16:29 23.10.2026
Dünya
Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı
16:24 23.10.2026
Gündəm