İnsanların sağlamlığı əsas məsələdir
10:14 20.01.2021
Sağlamlıq
717
Pandemiya dövründə çörək sexlərinə nəzarət daha da gücləndirilməlidir
Qida Təhlükəsizliyi Agentliyi anti-sanitar qaydada fəaliyyət göstərən çörək sexinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı məlumat yayıb.
Ağcabədi rayonu dörd yol ərazisində fəaliyyətini davam etdirən fiziki şəxs Mehdiyev Firidun Elşad oğlu adına çörək istehsalı müəssisəsində yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, çörək sexi sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyinə dair normativ aktlara əməl edilmədən fəaliyyət göstərib.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Qida təhlükəsizliyi üzrə ekspert Elsevər Fərzəliyev bildirib ki, hər hansı bir müəssisədə müəyyən edilmiş standartlara cavab verməyən şəraitdə məhsul istehsal olunması insanların sağlamlığına zərər vura bilər:
"Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq qida sənayesində fəaliyyət göstərən bütün müəssisələr mövcud tələblərə görə qida təhlükəsizliyi qeydiyyatından keçməlidir. Həmin prosesi həyata keçirmək o qədər çətin deyil. Sözügedən çörək zavodu təhlükəsizlik qeydiyyatından keçmədən, yəni qanunsuz olaraq fəaliyyətini davam etdirib.
Bu qaydada fəaliyyət göstərən müəssisənin digər tələblərə əməl etməməsi də çox təəccüblü deyil. Qida müəssisəsində istehsal edilən bütün məhsullar təhlükəsizlik standartlarına uyğun olmalıdır. Hər şeydən öncə həmin məhsul üzrə standartlar tərtib olunur. Standartlara uyğun şərait olmadıqda məhsulların istehsalına icazə verilmir"
Ekspert qeyd edib ki, pandemiya dövründə belə bir müəssisəsinin fəaliyyəti insanların sağlamlığı cəhətdən ikiqat təhlükəlidir:
"Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də pandemiya dövrü hökm sürür. Belə bir vəziyyətdə gigiyenik normalara uyğun olmayan bir müəssisənin çörək məhsulları istehsal etməsi koronavirus infeksiyasının yayılmasına bir daha şərait yaratmış olur. Tələb edilən normativ göstəricilərin təmin edilməməsi onu sübut edir".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual