“İnsanların şəxsi gigiyena qaydalarına əməl etməsi vacibdir”
Fidan Həmişəyeva
12:08 24.11.2020
Sağlamlıq
935
Koronavirus pandemiyası artıq yol yoldaşımıza çevrilib. Bütün dünya bu infeksiyaya qarşı dərman və vaksin icad etməyə çalışsa da, hər hansı dərman vasitəsi icad olunmayıb. Məhz peyvəndin olmaması yoluxanların gündəlik dinamikasının kəskin artmasına gətirib çıxarıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi nümayəndəsi David Nabarro 2021-ci ilin əvvəllərində Avropada üçüncü koronavirus dalğasının gözlənilməsi barədə xəbərdarlıq edib. Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, azərbaycanlı alim Nuran Abdullayev isə Avropa ölkələri, eləcə də Azərbaycan üçün üçüncü dalğa terminini deməyin elmi cəhətdən doğru olmadığını düşünür:
“Çünki Avropada elə ölkələr var ki, onlar artıq sübut ediblər ki, öz ölkələrində ilk COVID-19 dalğası deyilən rəsmi vaxtdan da öncə başlayıb. Azərbaycanda da ilk dalğanın nə zaman olduğunu biz elmi cəhətdən dəqiq bilmədiyimizə görə, 3-cü dalğa terminini istifadə etməkdənsə, növbəti dalğa deməyimiz daha düzgündür”.
N.Abdullayev qeyd edib ki, zamanla belə dalğavari yoluxmalar koronaviruslara və eləcə də COVID-19 virusuna xasdır:
“Bu da onu deməyə əsas verir ki, peyvənd çıxmazsa və ya virus mutasiyaya uğrayıb virulentliyini itirməzsə, ölkələrin 70 faiz əhalisi virusa yoluxub immunitet qazanana qədər pandemiya davam edəcək və biz bir neçə yoluxma dalğası ilə rastlaşacağıq”.
Yolxuma sayının çoxalması barədə “Sherg.az”a danışan tanınmış həkim-psixoterapevt Əli Nağıyevin fikrincə, koronavirusa yoluxanların sürətlə artmasına yalnız vətəndaş məsuliyyətsizliyi səbəb olmur. Həkim qeyd edib ki, insanların şəxsi gigiyena qaydalarına əməl etməsi də vacib məqamdır. Lakin, bu amillər yoluxma sayının çoxalması ilə bağlı səbəblərin yarısı deməkdir:
“Yoluxma sayının artmasının obyektiv səbəbləri də var. Məncə, bu səbəblərdən biri də son vaxtlar virusun bütün dünyada geniş yayılmasıdır. Təbii ki, biz də dünyanın tərkibindəyik və mövcud durum istər-istəməz ölkəmizə də təsirlərini göstərir”.
Ə.Nağıyev ölkəmizdə koronavirusa kütləvi yoluxmanın digər səbəbi kimi torpaqlarımızın işğaldan azad edilməsi nəticəsində bəzi kütləvi yığıncaqların olduğunu da söyləyib:
“Çoxlu sayda şəhidlərimiz oldu. Onlar üçün yas mərasimləri təşkil edildi. Təbii ki, bunlar qarşısıalınmaz, eyni zamanda vacib məsələ idi. Vətənin bütövlüyü uğrunda həlak olan müqəddəs şəhidlərimizin hüzr yerinə yığışmırıq deyə bilmədik. Yas mərasimləri, vətəndaşlarımızın qələbə sevincini küçələrdə bayram etməsi də obyektiv səbəblərdir. Amma yoluxmanın çoxalması yalnız bizdə deyil, digər ölkələrdə də var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi